Hamiləliyin otuzuncu həftəsi

Hamiləliyin otuzuncu həftəsi
Hamiləlik
10.09.2017 121
Qadın
Diskomfortun azalması üçün qamətiniz yenə
əsas rol oynayır. Bədəninizin ağırlıq mərkəzi dəyişməkdə davam edir, ona
görə də qamətinizə diqqət yetirin.
Səhhətinizin qorunmasında və
fəaliyyətinizin yüksək səviyyədə saxlanılmasında fiziki hərəkətlərin
əhəmiyyəti böyükdür. Doğuma hazırlıqda bu hərəkətlər çox kömək edə
bilər. Ən əsası odur ki, canfəşanlıq etməyəsiniz, bu vaxta qədərki həyat
tərziniz aktiv hesab olunmurdusa, daha diqqətli olmalısınız. Optimal
gərginliyi piyada gəzinti və üzgüçülükdə ala bilərsiniz (yalnız qısa
məsafələrə  və aşağı sürətlə). Müxtəlif növlü gərilmələr də faydalıdır.
Bu, adətən, hamiləliklə bağlı olan xoşəgəlməz halların sayının azalmasını kömək edir.

Gələcək körpə

Körpə
onu əhatə edən mühit barədə əməlli –başlı təsəvvürə malikdir. Biz
uşaqlığın tamamidə qaranlıq bir yer olduğunu düşünürük, əslində isə belə
deyil. Uşaqlığın işıqlanma səviyyəsi hamilə qadının olduğu yerin
işıqlanmasından çox asılıdır. Belə ki, körpəniz işıq və qaranlıq duyğusu
ilə tanışdır. İndi isə körpənizin nə zaman oyaq  və nə zaman yatmış
olduğunu dəqiq təyin edə bilərsiniz. Hamilələrin böyük əksəriyyəti belə
düşünür ki, ana fəal olanda körpə yatmış olur və əksinə, ananın
«gözlərindən yuxu töküləndə» uşaq həddindən artıq fəallaşır. Lakin bu, o
demək deyil ki, döldə yuxusuzluq var.
Əgər sizdə Brekston –Hiks
yığılması (bu barədə əvvəl yazılmışdı) varsa, analıq məktəbində (doğuma
psixi profilaktik hazırlıq) öyrəndiklərinizin məşq edilməsi üçün bundan
istifadə edin. Sizin bədəniniz intensiv şəkildə doğuma hazırlanır. Döl
uşaqlığın yığılmasını hiss edir, lakin bundan zərər çəkmir.
Körpənizin çəkisi təxminən 1400 qramdır, uzunluğu 37,5 santimetrə yaxındır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!