Hamiləliyin otuz birinci həftəsi

Hamiləliyin otuz birinci həftəsi
Hamiləlik
10.09.2017 194
Qadın
Qarnınızın həcmi artmaqdadır, döş qəfəsi
və çanaq nahiyəsində sizi narahat edən xoşəgəlməz hissiyyat var. Bu,
təbiidir, böyüməkdə olan döl özü üçün daha geniş sahə tələb edir.
Bəzi
qadınlarda bu zaman davamlı qıcqırma olur (əvvəllər epizodik  ola
bilərdi). Səbəb yenə eynidir. Böyüyən uşaqlıq digər orqanları əvvəlki
yerlərindən sıxışdırır, mədənin işləməsi üçün bəzi çətinliklər törəyir.
Az, lakin tez –tez yeməyə çalışın. Yeməkdən sonra yarıoturaq vəziyyətdə
bəzən qıcqırmadan qurtarmaq olar.
Hamiləlikdə ən çox şikayət obyekti bel ağrılarıdır. Bu, hamiləliyin hər müddətində baş verə bilər, bəzən doğumdan bir neçə ay sonra da qadına əziyyət verir.
Bu
ağrıları dəf etməkdə düz qamət və fiziki hərəkətlər kömək edəcək. Yeri
gəlmişkən ərinizə xatırladın ki, kürəyinizi ovuşdurmaq onun gündəlik
vəzifəsidir!
Hamilə qadının orqanizmi xüsusi hormon – relaksin hasil
edir. Bu maddə çanaq sümüklərinizin birləşmələrini zəiflədir,
beləliklə, çanaq dairəsinin müəyyən qədər «genişlənməsinə» səbəb olur.
Buna görə körpəniz, danışa bilsəydi, doğulan kimi sizə «sağ ol» deyərdi.
Ananın çanaq dairəsi nə qədər «üzüyola» olsa, körpənin doğulması bir o
qədər rahat olar. lakin hamilə qadın üçün relaksinin işi növbəti
xoşagəlməz hadisədir. Sizin yerişiniz «ördək yerişinə» bənzəyə bilər.
Amma narahat olmayın, doğuşdan sonra keçib –gedəcək.
Bəzi
qadınlar hamiləliyin bu hissəsindən də elə bir diskomfort hiss etmədən
keçəcəklər. Bu, əlbəttə, o demək deyil ki, onların bədəni doğuma
hazırlanmır. Yuxarıda sadalanan xoşəgəlməz hallar hər bir konkret
qadının orqanizminin bir çox xüsusiyyətlərindən asılıdır. Məsələn, fərdi
ağrıduyma həssaslığından, fiziki hazırlığın səviyyəsindən  və s.
Əgər siz hamilələrin bu kateqoriyasına daxilsinizsə, sizə yalnız həsəd aparmaq olar!
Gələcək uşaq
Gəzintidən
sonra, bəzən dincəldiyiniz zaman təngnəfəs olsanız və bunun uşağınıza
zərər verəcəyinizi ağlınıza gətirsəniz – onu özünüzdən uzaqlaşdırın.
Cift hər şey edir ki, bu, uşağınıza təsir göstərməsin. Bu zaman dölün
bəbəkləri işığa və qaranlığa reaksiya verə bilər, lap böyüklər kimi.
Dəri altına ağ piy toxumaları toplanır, buna görə də dəri çəhrayı rəng
alır (əvvəl qırmızıya yaxın idi). Dırnaqlar barmaqların ucuna çatır
(demək olar ki).
Dölün çəkisi bir kilo yarıma yaxındır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!