Hamiləliyin otuz ikinci həftəsi

Hamiləliyin otuz ikinci həftəsi
Hamiləlik
10.09.2017 92
Qadın
Uşaqlıq əzələlərinin yığılması (Brekston
–Hiks, yadınızdadırmı?) daha tez –tez baş verə bilər. Adətən, bu dövrdə
hamilə qadınlar doğum və onun qadın, uşaq və bütün ailə üçün doğuracağı
problemlər barədə ciddi düşünməyə başlayırlar. Bunları düşünən tək siz
deyilsiniz. Sualların sırası tipikdir.
Nə vaxt və necə doğum evinə yatırılacaqsınız? Özünüzlə nə götürməlisiniz?
Sizi kim müşayiət edəcək? Ən əsas məsələ (ilk dəfə doğanlar üçün) – ağrı olacaqmı?
Doğum
evinə yatırılma barədə dəqiq məlumatı mama –ginekoloqunuz verə bilər.
Hamiləlik normal keçmişsə, adətən, qadın doğuşun birinci mərhələsində 
rayon (və ya növbətçi) doğum evinə «təcili yardım» maşını ilə
çatdırılır.
Digər hallarda variantlar mümkündür (məsələn, təxmin edilən doğuşdan iki həftə əvvəl yatırılma və s.).
Bütün hallarda bunu həkim müəyyən edir.
«Yol
çantasına» gəldikdə isə onun içindəkilər ölkəmizdəki şəraitiə görə
kəskin oynayır». Mütləq sənəd, o cümlədən tibbi (mübadilə kartı)
götürülməlidir.
Başqa şeylərin olub –olmaması (geyim, qab-qacaq,
tualet ləvazimatı, həmçinin dərman və uşaq bezləri və s.) yatmağa
hazırlaşdığınız doğum evinin şəraitinə bağlıdır.
Doğum evi seçimi barədə «Doğum evini necə seçməli» saytında ətraflı məlumat ala bilərsiniz.
Doğuşun
ağrılı olması barədə birmənalı cavab yoxdur. Təxminən qadınların 10% -i
deyəcək  ki, doğuş çox ağrılı məsələdir, digər 10% deyəcək ki, qətiyyən
ağrılı deyil. Yerdə qalan 80% müxtəlif rəylər arasında tərəddüd edəcək.
Aydınlaşdırmağa
çalışın ki, doğuş vaxtı ağrını     yaradan səbəb nə ola bilər? Ən yaxşı
üsul Analıq məktəbindəki (doğuma psixo-proflaktik hazırlıq)
məşğələlərdir. Əvvəldə demişdik ki, bu məşğələlərdə iştirak edən
hamilələr doğuşu xeyli rahat keçirirlər.
Gələcək uşaq
Körpənin üzündəki qırışlar çəkilmişdir.
Başında yetərli qədər tük var.
Çəkisi sürətlə artır (son ayda 900 qram)
İndi döl 1kiloqram 700 qramdır. Uzunluğu 40 santimetr.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!