Hamiləliyin otuz dördüncü həftəsi

Hamiləliyin otuz dördüncü həftəsi
Hamiləlik
10.09.2017 113
Qadın
Bədəniniz doğuma hazırlanmaqda davam edir.
Bəzən hiss edə bilərsinriz ki, uşaqlıq əzələlərinin yığılması
əvvəlkindən fərqlənir. Gəlin doğum aktının əsas məqamları ilə tanış
olaq.
Doğumun üç əsas mərhələsi var.
1. Açılma mərhələsi.
Bu
mərhələ sancı adlandırılan uşaqlıq əzələlərinin müntəzəm yığılması ilə
başlayır. Sancılar getdikcə güclənir və tezləşir. Bu mərhələdə uşaqlıq
yolunun açılması baş verir. O, nazikləşir, ağzı isə körpənizi «azadlığa»
ötürmək üçün geniş açılır. Uşaqlıq əzələləri astaca dibə tərəf
sürüşərək dölü itələyəcək güclü əzələ kütləsi formalaşdırır.
Çox
qadınlar nigarançılıq keçirirlər: doğum başlayıb, yoxsa, yox? Bəzi
qadınlar bunu «soyuqdəymə» əlaməti hesab edirlər, bəzilərində dəfolunmaz
yatmaq istəyi baş qaldırır. Şübhələrdən qurtulmaq üçün sancıların
müddətini və oradakı intervalı saatla ölçməyi bacarmaq lazımdır. Əgər
sancıların müddəti uzanırsa və aradakı interval qısalırsa, şübhə etməyə
bilərsiniz, doğuş başlayıb. Daha hansı əlamətlər doğuşa dəlalət edir, bu
barədə bir az sonra danışacağıq.
Beləliklə, sancılar bütün
diqqətinizi özünə cəlb edərək güclənməyə və tezləşməyə başlayacaq. Bu,
birinci mərhələnin aktiv fazasıdır. Bunun ardınca qısa keçid mərhələ
qəlir. Bu ən çətin mərhələdir. Bu vaxt sancılar bir –birinin ardınca
davam edir, lakin gücü artmır. Keçid mərhələsinin sonunda uşaqlıq yolu
tam açılacaq.
Haradasa aktiv faza ilə keçid mərhələsi arasında doğum evinə gəlməlisiniz.
2. Qovulma mərhələsi.
Amerikalılar bu mərhələni itələmə mərhələsi adlandırırlar ki,  bu da düzgün səslənir.
Qadınların
çoxuna bu mərhələ daha çox xoş gəlir. Bu zaman uşaqlıq yolu son həddə
qədər açılır, uşaqlıq dibinin əzələ platforması körpəni irəliyə itələyir
və sizdə gücənmə başlayır. Qarın presinin və çanaq dibinin yığılması
belə adlanır ki, bu da dölün uşaqlıqdan işıqlı dünyaya itələnməsinə
yardım edir. Bu zaman qadın doğuşda həqiqətən əsas iştirakçı sima
olduğunu hiss etməyə başlayır.
Əgər siz doğumun bu mərhələsində
ağrıkəsici qəbul etməmisinizsə, gücənmənin nə qədər dəfolunmaz və
məcburi olduğunu anlayacaqsınız. Əgər ağrıya qarşı tədbirlər görülmüşsə,
o hissləri  keçirməyəcəksiniz, lakin narahat olmayın, nə zaman gücənmək
lazım gəldiyini sizə deyəcəklər.
Bu mərhələ körpənin dünyaya gəlməsi ilə şərəflənir.
3. Son mərhələ
Uşaq
dünyaya gəldikdən bir müddət sonra siz yenidən dəfolunmaz gücənməyə
məruz qalacaqsınız. Bu – ciftin (plasenta və dölün selikli qişası) xaric
olunmasıdır.
•    Doğuşun induksiyası
•    Epidural anesteziya
•    Epiziotomiya
•    Mama
•    Kesar əməliyyatı
Gələcək uşaq
Dölün çəkisi – təxminən 2 kq 200 qramdır.
Bu
müddətdə dölün çəkisinin dəyişik variantları mümkündür. Bunların hər
biri normal sayıla bilər. Bu andan etibərən körpə gündəlik çəkidə 220
qrama qədər artır. Dölün uzunluğtu 45 santimetrdir.
Bütün orqan
və sistemləri mövcuddur və xeyli  vaxtdır ki, fəaliyyət göstərir, yalnız
bəzi sistemlərin (sinir, sidik – cinsiyyət və s.) «hamarlanması» davam
edir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!