Hamiləliyin otuz altıncı həftəsi

Hamiləliyin otuz altıncı həftəsi
Hamiləlik
10.09.2017 79
Qadın
İndi siz həkiminizlə hər gün görüşəcəksiniz.
Bu
müddətdə körpələrin çoxu uşaqlıqda başıaşağı vəziyyət alırlar. Lakin
yançağı aşağı (orta hesabla – 100 –dən dördü) yerləşən körpələr də olur.
Bu, yançaq və çanaq vəziyyəti adlanır.
Bu doğuş zamanı bir çox
problemlər yarada bilər, lakin problemsiz də ötüşə bilər. Mama həkimlər
gələcək anaları dəfələrlə xəbərdar edirlər ki, doğuşun kesar əməliyyatı
ilə aparılmasına real variantlardan biri kimi baxılmalıdır.
Vəziyyəti dəyişmək üçün bir neçə üçul mövcuddur. İndi onların tətbiqi zamanıdır.
1-ci üsul – «İnandırma»
«Qeyri –elmi» görünsə də, bu metod çox vaxt müsbət nəticə verir!
Anlamı
budur: bu metodu bilən mütəxəssis əllərini qadının qarnında gəzdirərək
sanki «düşüncələri ilə inandıraraq» uşağı əl hərəkəti istqamətində
hərəkət etməyə məcbur edir. Ən əsası –uşaqlıq və qarın boşluğunun ön
divarı əzələlərinin müqavimət göstərməməsidir.
2 –ci  üsul – «Məcburetmə»
Adı
xoş təsir bağışlamasa da, dölün bu metodla yerdəyişməsinin icrasında
qorxulu heç nə yoxdur. Yalnız gələcək ana bir neçə dəqiqə xüsusi
vəziyyətdə – belinin altına yastıq qoyub ayaqlarını divara dayayaraq
arxası üstə uzanmalıdır. Beləliklə, həftədə iki dəfə olmaqla yarım  ay
ərzində bu davam etməlidir. Körpə bu vəziyyətdə narahatlıq hiss edir və
bəzən müstəqil olaraq 180 dərəcəyə dönür.
3-cü üsul – Refleksoterapiya
Xüsusi
müalicəvi yovşan siqareti  ilə uşaqlığın bəzi funksiyalarına nəzarət
edən bioloji aktiv nöqtəyə təsir göstərilir. Ənənəvi Şərq təbabətindən
qaynaqlanmış bu üsulla dölü döndərmək mümkündür.
4-cü üsul - Xarici mama (həkim müdaxiləsi)
Bu
üsul yalnız stasionarda tətbiq olunur. Öncə ultrasonoqrafik yoxlama
aparılaraq dölün vəziyyəti öyrənilir. Sonra vaxtındanqabaq  doğuş
sancılarının qarşısını alan dərmanlar yeridilir. Dönüşü həkim əli ilə
aparır, dölü  çanaq boşluğundan astaca qaldırıb eyni zamanda körpənin
baş və ya yançaq hissəsinə müxtəlif istiqamətli təzyiq göstərir. Bu
manipulyasiyalar hər hansı bir fəsaddan sığortalanmamışdır, ağrılaşmalar
baş verərsə dərhal kesar əməliyyat aparılır.
Yuxarıda sadalanan
üsullar demək olar ki, əlli faiz effekt verir. Dölün çönməsi üçün bu
üsullar işə yaramasa, yenə ruhdan düşmək lazım deyil. İl ərzində min
uşaq çanaq ilə doğulur və böyük əksəriyyəti ağırlaşmasız ötüşür.
Gələcək uşaq
Körpə, adəti üzrə, böyüməkdə davam edir. Çəkisi təxminən 2 kq 400 qram, uzunluğu 45 santimetrdir.
Deyildiyi
kimi, bu müddətdə uşağın çəkisi nəzərəçarpacaq dərəcədə dəyişə bilər
(irsi və xarici səbəblərdən). Adətən, həkim hamilənin qarnını diqqətlə
əlləyərək bəzi ölçülər aparır, sonra sadə forma üzrə güman olunan çəkini
hesablayır. Bilməlisiniz ki, bu, təxmini hesablamalardır, lakin çox
hallar olub ki, yeni doğulmuş uşağın real çəkisi təxmini çəki ilə eyni
olub.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!