Hamiləliyin qırxıncı həftəsi

Hamiləliyin qırxıncı həftəsi
Hamiləlik
10.09.2017 161
Qadın
Körpənin dünyaya gəlməsi!
Sizin
orqanizminiz bu ana çoxdan həzırlanırdı. Həmin gün gəlmişdir. Qeyd etmək
lazımdır ki, bu tarix dəqiq olmaya da bilər. Əslində. yalnız 4% -ə
qədər qadın dəqiq vaxtında doğur. 98%- ə qəqədər hamilələr vaxtından bir
–iki həftə tez və ya gec doğurlar. Əksər hallarda bu normal hadisədir.
Yadda
saxlayın ki, körpənizin bu dünyaya hansı yolla gəlməsi  o qədər də
vacib deyil. Doğuş zamanı nəsə demisinizsə, onu xatırlayıb, bunun üçün
utanmağa da dəyməz. Hər halda siz qəhrəmanlığa bərabər möhtəşəm bir iş
görmüsünüz.
Yeni doğulmuş körpə
Yəqin ki,
sizin körpəniz dünyaya başıyuxarı gəlmiş 96% -in cərgəsindədir. Dölün
başı vulva halqasından çıxan kimi həkim körpənin tənəffüs yollarından
seliyi elektirik sorucusu ilə çəkir. Bu körpəyə həyatda ilk nəfəsini
almaqda kömək edir. Bunu körpənizin qışqırığından da biləcəksiniz. Körpə
sanki dünyaya gəlişini aləmə car çəkir. Bətndənkənar həyat başlayır!
Bəzən
elə olur ki, ilk nəfəs bir qədər yubanır. Bunun çox səbəbi var – özünüz
düşünün: kiçik bir varlıq böyük maneələri dəf edərək, 9 ay ərzində
uyuşduğu rahatlığı buraxaraq yeni  aləmə düşmüşdür. Onu burada nə
gözləyir? Ətraf aləmin kəskin temperatur dəyişikliyi (ana bətnində 3
selsi üzrə 38 dərəcə, doğum salonunda – 24 dərəcəyə yaxın, təsəvvür
edin, sizi çılpaq suya atırlar və ya yadınıza salın: çaya, dənizə necə
girirsiniz? Asan deyil!
Başqa – işığın dəyişməsi. Fantaziyanızı
işə salın: təsəvvür edin ki, yarıqaranlıqda çimirsiniz, çıxdıqda isə
canıyananlıqla düz sözlərinizə aerodrom projektorları salırlar. Körpənin
ana bətnində eşitdiyi səslər doğum salonunda eşitdiyi səslərdən kəskin
fərqlənir, çünki bu səslər onun eşitmə analizatorunu su mühitindən
deyil, hava mühitindən keçir. Bütün bunlara əlavə. Doğuş stresi
hormonların, o cümlədən adrenalinin vurulması ilə müşayiət olunur. Əgər
həyatınızda heç olmazsa, bir dəfə kimsə zarafatla qəflətən qaranlıq
blokun küncündən qışqıraraq üstünüzə cummuşdursa, siz bunun nə olduğunu
bilirsiniz.
Buna görə də ilk nəfəsalmada ləngimə olan şeydir.
Yüngül
halda dabanını yüngülcə çimdimlədikdə körpə özünə gəlir. Narahat
olmayın – həkimlər körpənin dünyaya gəlişini maksimum təhlükəsiz etmək
üçün yanınızdadırlar.
Sonra göbək bağı təmizlənib kəsilir,
körpəni anasına göstərib, cinsini deyirlər, ilk bir və beş dəqiqədə
uşağın vəziyyəti Apqar cədvəli üzrə qiymətləndirilir. Yadınızda qalmaya
bilər, balların sayı sizin mübadilə  kartınızda qeyd ediləcək. Bəzən
(şəraitə baxır) uşağı sizə elə həmin an verə bilərlər, siz, hətta, onu
sinənizə  də qoya bilərsiniz. Sonra – sizin çağanız isinməyə gedir,
çəkilir, boyu, başının, sinəsinin dairəsi ölçülür, ilk tualetini alır və
qonoblenorreyaya (göz xəstəliyinə) qarşı proflaktik tədbir görülür,
yəni göz yarığına  xüsusi müalicəvi damcı tökülür. Sonra uşağın qoluna
və ayağına sizin soyadınız, tibb tarixçənizin nömrəsi, həmçinin doğum
saatı və tarixi yerləşmiş meşin birka taxılır. Vəssalam! Sonra
körpənizlə sevinc və qayğı dolu yeni həyat başlayacaq.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!