Hamiləliyin erkən dövründə uşaqsalma

Hamiləliyin erkən dövründə uşaqsalma
Hamiləlik
10.09.2017 321
1. Hamiləliyin erkən dövründə uşaqsalma dedikdə nə nəzərdə tutulur?

Ümumiyyətlə hamiləliyin 28-ci həftəyə qədər pozulmasına uşaqsalma (abort)
deyilir. Abort süni və ya özbaşına baş verə bilər.
Statistika göstərirki, hamiləliklərin 15-20 %-i özbaşına uşaqsalma ilə nəticələnir.
12 həftəyə qədər baş verən uşaqsalmaya hamiləliyin erkən dövrünün uşaqsalması
deyilir. Əksər hallarda qadın heç hamilə olduğunu bilmir. Çox erkən dövrlərdə
olduğu üçün hamiləliyin baş verməsi və pozulması qadın tərəfindən hiss
olunmadan baş verə bilər.
Qadın orqanizmi üçün uşaqsalma həm fiziki həm də psixoloji stress hesab edilir.
Bu 3 ay ərzində qadın hamilə olduğunu bilibsə, artıq bətnindəki uşağa qarşı müəyyən
hislər keçirməyə başlayır. Əgər bu arzuolunan hamiləlikdirsə, və hətta uzun
müddətli müalicədən sonra baş veribsə, təbii ki, bu, qadın üçün ciddi bir
stress faktoru olacaq.

2. Hamiləliyin erkən dövründə uşaqsalma ən çox hansı səbəblərdən olur?

Hesab olunur ki,özbaşına uşaqsalmaların böyük hissəsi,70 %-dən çoxu döldə
genetik patalogiyaların nəticəsində baş verir. Söhbət irsən keçən xəstəliklərdən
getmir,sadəcə valideynlərin cinsi hüceyrələrində xarici mühitin zərərli
faktorlarının təsiri nəticəsində (ekaloji çirklənmə, radiasiya, viruslar və s.)
müxtəlif mutasiyalar baş verir. Bu halda hamiləliyin pozulması təbii seçmənin
bir növüdü yəni zəif, həyat qabiliyyəti olmayan nəsil dünyaya gəlməmiş məhv
olur.

2-ci hormonal səbəblər. Qadın orqanizmində hamiləliyin əsas hormonu olan progesteronun
çatışmaması erkən dövrlərdə hamiləliyin pozulmasına səbəb olan əsas
faktorlardan biridir.Bu problem vaxtında aşkar olunarsa, hamiləliyi xilas etmək
mümkündür, sadəcə qadına progesteron hormonu təyin olunmalıdır. Qadın
orqanizmində kişi hormonu testesteron yüksək olduqda, qalxanabənzər vəz və böyrəküstü
vəz hormonlarında problem olduqda da hamiləliyin pozulması baş verə bilər. Buna
görə də, hamiləliyi planlaşdıranda qadın hormonal sistemini də
yoxlatdırmalıdır.
3-cü yerə Rezus konflikti qoymaq olar- yəni embrion atanın müsbət rezus
faktorunu daşıyırsa, mənfi rezuslu ananın orqanizmi embrionu rədd edir. Bu
halda da özbaşına uşaqsalma baş verə bilər.

3. Infeksiyalar və ekstragenital xəstəliklər necə, özbaşına uşaqsalmaya səbəb
olurmu?

Əlbəttə. Müasir zəmanədə cinsi yolla keçən infeksiyalar : toksoplazmos,
sifilis, xlamidios, herpes, sitameqalavirus hamiləliyin pozulmasına səbəb olan
faktorların arasında çox önəmli yer tutur. Patogen bakteriyalar və viruslar
dölü infeksiyalaşdırır, döl toxumalarını zədələyir, nəticədə uşaqsalma baş
verir. Bu baş verməsin deyə, hamiləlikdən öncə həm qadın, həm kişi müayinə olub
vaxtında müalicə almalıdır.
Infeksikasiya və ya yüksək hərarətlə müşayiət olan bütün xəstəliklər
uşaqsalmaya səbəb ola bilər. Qrip, məxmərək, viruslu hepatit, hətta angina
hamiləliyin 4-10 həftəsində çox təhlükəli ola bilər. Pnevmaniya, piolenefrit,
apendisit və digər infeksion iltihabi xəstəliklər döl üçün ciddi risk təşkil
edir. Buna görə də hamilə olmağa hazırlaşan qadın tam müayinə olunmalı, xroniki
infeksiya mənbələrini aşkar edib müalicə etməlidir, o cümlədən stamotoloqa
gedib profilaktik olaraq dişlərini və diş əti xəstəliklərini müayinə və müalicə
etməlidir.

4. Özbaşına uşaqsalmanı daha hansı faktorlar yarada bilər, həyat tərzi, qidalanma
və s. nə dərəcədə önəmlidir?

Qadın əvvəllər süni olaraq hamiləliyini pozmuşsa (abort) bu da, qadın
reproduktiv sağlamlığına ciddi zərər vurmuş ola bilər, və gələcəkdə arzu
olunmuş hamiləliyin yarımçıq kəsilməsinə gətirib çıxardar.
Hamiləliyin birinci 3 ayında bir çox dərman preparatları hətta, bəzi otlar və
ot tərkibli dərmanlar hamiləliyin pozulmasına və ya döldə qüsurların
yaranmasına səbəb ola bilər. Buna görədə hamiləlik zamanı dərmanların, hətta
otların qəbul olunmasında çox ehtiyyatlı olmaq lazımdır.
Güclü stress, qorxu, psixoloji gərginlik, qəfil baş vermiş pis hadisə bütün
bunlar ana bətnində olan dölə çox güclü təsir edə bilər. Buna görə hamilə
qadını imkan daxilində stresslərdən qorumaq, əgər belə bir şey baş veribsə o,
öz həkimiylə məsləhətləşməli, lazım olarsa bitki mənşəli sedativ preparatlar qəbul
etməlidir.
Hamilənin həyat tərzi, az hərəkətlilik,düzgün qidalanmama, həddən artıq kofe,
spirtli içki qəbulu, siqaret çəkmə kimi zərərli vərdişlər ana bətnində dölün
inkişafdan qalmasına və hamiləliyin pozulmasına səbəb ola bilər. Hamilə qadın
olan otaqda kiminsə siqaret şəkməsi qəti yol verilməzdir.
Adətən hesab olunur ki fiziki iş, ağırlıq qaldırma, yıxılma hamiləliyin
pozulmasına səbəb ola bilər, lakin bunu bilmək lazımdır ki, əgər döl və ana sağlamdırsa
yüngül yıxılma və ya fiziki yük belə nəticəyə gətirib çıxarmamalıdır. Əksər
hallarda bu hadisələr uşaqsalmaya sanki təkan verir. Əslində döldə ya genetik
anomaliya, yada başqa bir problem əvvəlcədən olmuşdur.


5. Hansı əlamətlər uşaqsalma təhlükəsini göstərə bilər?

Gəlin baxaq Uşaqsalma necə başlanır, yəni ilk əlamətləri hansılardır :
Qadın qarnının aşağı hissəsində ağrı (tutma şəkilli), yada beldə ağrı hiss
edir. Qanlı ifrazat və ya qanaxma baş verir. Belə əlamətlər olduqda vaxt itirmədən
həkimə müraciət edilməlidir və ya həkim çağırılmalıdır. Vaxtında görülən tədbirlər
hamiləliyi saxlaya bilər. Əgər qanaxma zamanı qan toxuma hissələriylə birlikdə
xaric olunarsa demək uşaqsalma artıq baş verib.

6. Hamiləlik planlaşdıran xanımlara nə məsləhət görərdiz?

Hər bir qadın dünyaya sağlam körpə gətirmək istəyir. Bunun üçün hamiləliyi
planlaşdıra həm qadın həm kişi tam müayinə olunmalı, lazım olarsa müalicə
olunmalıdır, hamiləliyin ilk günündən həkim nəzarətindən kənarda qalmamalıdır.
Xatırlatmaq istəyirəm ki, yuxarıda danışdığınız uşaqsalmaya səbəb olan
faktorlar, 20% hallarda uşaqsalmaya gətirib çıxarırsa, qalan hallarda du və ya
digər dərəcədə zəif, xəstə, qüsurlu uşaqların dünyaya gəlməsi ilə nəticələnir.
 
Həkim mama ginekoloq: Afaq Məcidovaскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!