Hamiləlik zamanı uşaqlıqda hipertonus

Hamiləlik zamanı uşaqlıqda hipertonus
Hamiləlik
10.09.2017 414
Hamiləliyərin ultrasəs müayinəsi zamanı bu ifadəyə-uşaqlıq tonusu müsbət-- tez-tez rast gəlmək olur. Uşaqlıqda tonusun müsbət olması hamilə uşaqlığı əzələsinin (miometrinin ) yığılması, tonusunun artması deməkdir. Uşaqlıq əzələsi yığıldıqda daxilində olan dölü sıxır. Bu zaman dölün bətn daxili qidalanması pozulur. Döl cift qan dövranında çatışmamazlıq əmələ gəlir. Bu da hamiləliyin pozulmasına, uşaqsalmaya və ya vaxtından əvvəl doğuşa səbəb olur. Uşaqlıq əzələsi tonusunun artması nətıcəsində cift uşaqlıq divarından aralana bilər. Bu zaman ağır hamiləlik qanaxması baş verə bilər, vaxtında yardım göstərilməzsə hamilənin həyatı təhlükədə qala bilər.

Tonusun artmasını hamilə qadın özü də qarnın aşağı hissəsində menstrual ağrılara bənzər ağrıların yaranmasından hiss edə bilər. Yadda saxlayın hamiləlik zamanı ağrı olmamalıdır!!! Ağrı hiss edəndə həkiminizə mütləq söyləyin.

Tonus nədən artır—bir çox səbəbdən məs: Stressdən, Fiziki gərginlik, fiziki işdən, Intoksikasiyalardan, infeksiyalar və iltihabi proseslərdən və s. Həkim hipertonusun səbəbini araşdırıb, müvafiq tədbirlər görməlidir.

Əgər ultrasəs müayinədə sizdə belə bir problem çıxıbsa mütləq həkiminizə müraciət edib, müalicə almalısınız.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!