İş yerində hamiləliklə baş etmənin yolları

İş yerində hamiləliklə baş etmənin yolları
Hamiləlik
10.09.2017 17
İşdə diqqət etməniz lazım olan nöqtələrdən bəziləri...
Hamiləliyi iş həyatınız üçün bir son deyil fərqli bir başlanğıc olaraq görməyə çalışın. Təbii ki, bu doqquz ay boyunca müxtəlif çətinliklərlə qarşılaşacaqsınız, amma lazımlı dəyişiklikləri etdikdən və özünüzə həm fiziki, həm də ruhi olaraq daha çox diqqət göstərdikdən sonra qorxmanız yersiz. 



- Ofisinizi, hamiləliyinizi ən rahat keçirəcəyiniz şəklə salınn. İstirahət etmək üçün ayağınızı uzadacağınız ehtiyat bir kürsü və kürəyinizə qoya biləcəyiniz kiçik bir yastığın yanında bu müddətdə sizə mənəvi verəcək bəzək-düzəklər, bəzək əşyaları və şəkillər ilə otağınızı bəzəyin.



- Əvvəlcə, körpə gözlədiyinizi öyrənər - öyrənməz, bunu iş yoldaşlarınızdan əvvəl müdirinizə söyləyin və işə davam etmək istədiyinizi vurğulayın. Onun təsdiqini aldıqdan sonra müjdəni iş yoldaşlarınıza verin.



- Karier etmək istəməniz çox təbii amma bu müddətdə özünüzü yarışdan bir az çəkin. Qaldırma ehtirasıyla gecə yarılarına qədər işdə qalmaq, dayanıb istirahət etmədən işləmək sizi məhv edəcək, işə gəliş-gediş saatlarınız nizamlı olsun.



- Əsla ağır faylları oradan - oraya daşımağa qalxmayın. Ağır əşyalar qaldırmanız və bədəninizi məcbur edəcək qədər çox hərəkət etməniz körpənin həyatına mal ola bilər.



- Hamiləliyinizi bir qoz olaraq istifadə edərək sizi keçmək ya da ayağınızı qazmaq istəyən iş yoldaşlarınız ola bilər. Onlarla polemikə girmək yerinə mübarizənizi səssiz davam etdirin. Tez-tez müdirinizə gedib iş səmərənizdə heç bir düşmə olmadığından, körpə gözləmənin etdiyiniz işlərin keyfiyyətini təsir etmədiyindən danışın.



- Sağlam qidalanmaya böyük əhəmiyyət verməlisiniz. Günortanları fast food restoranlara getməkdən imtina edin və lazım olsa yeməyinizi evdən gətirin. Yanınızda mütləq meyvə, bir neçə şüşə su, meyvə şirəsi və süd saxlayın.

/Mənbə:Qadınlar.Biz/скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!