Hamiləlik dövründə hansı çaylar içilməli?

Hamiləlik dövründə hansı çaylar içilməli?
Hamiləlik
10.09.2017 49
İçilə biləcək  bitki çayları nələrdir? Nə qədər içilməli? Necə hazırlanar?

- Hamiləlik dövründə başlıca içkimiz olan su   gündə ən az 2,5 litr qəbul edilməli və təbii qaynaq suları olmasına diqqət edilməlidir.
- Bu dövrdə süd və ayran qəbulu çox faydalıdır, bol miqdarda kalsium və zülal ehtiva etməkdədir.
- Təzə sıxılmış meyvə suları vitamin ehtiyacını qarşılayar, dəmir əmilməsini artırar, gündə 1 - 2 su stəkanı yeməklərlə birlikdə içilə bilər.
- Adaçayı  müqaviməti artırar, sinirləri yatırar, bulanmanı azaldar, həzmi nizamlar, şiş atımını təmin edər. 5-6 ədəd adaçayı yarpağını dəmləmə qabı içərisində bağlı olaraq 10 dəq. gözlədərək .hazırlana bilər və gündə 1 - 2 fincan içilə bilər.
- Gicitkən otu  rahatlıq verən  xüsusiyyəti vardır. Əmizdirmə dövründə süd meydana gəlməsini sürətləndirər, şiş atımını təmin edər. 
 Hazırlanması: 5-6 ədəd gicitkən otu yarpağını dəmləmə qabı içərisində bağlı olaraq 5 - 10 dəq.. gözlədib, içilə bilər. Gündə 1 - 2 fincan qəbul  edilə bilər.
- Cökə  öskürəyə yaxşı gəlir, rahatlaşdırar, sakitləşdirici təsiri vardır, mədəyə yaxşı gəlir. Cökəni qaynadıb dəmini aldıqdan sonra istədiyiniz qədər içə bilərsiniz.
- Nanə  hamiləlik dövründə ürək bulanmalarına qarşı təsirlidir, fərahlıq verər, soyuq dəymələrinə yaxşı gəlir, sinir sistemini rahatlaşdırar.
- Çobanyastığı qaz və ağrı aradan qaldırıcıdır, şiş sökdürər, həzmi nizamlar, antiseptik xüsusiyyəti vardır. Həyəcanı və gərginliyi azaldar. Qurudulmuş çobanyastığılardan 4-5 ədədini dəmləmə qabında 5 - 10 dəqiqə gözlətdikdən sonra içə bilərsiniz.
- Rəzyana  əsəblərə yaxşı gəlir , sancıları azaldar, qaz aradan qaldırar. Rəzyana paket çayın üzərinə isti su əlavə etdikdən sonra 5 - 10 dəqiqə dəmlənməsini gözləyin.
- Alma özünüzü güclü hiss etmənizi təmin edər, C vitamini ehtiva edər, rahatlaşdırar, yorğunluq aradan qaldırar.
           
Doğuma yaxın hazırlana biləcək bir çay qarışığı tərifi...

Doğuma yaxın dövrdə içilsə,  doğumu asanlaşdırıcı təsiri olmaqda/var, doğum sonrasında da yaxşılaşmağı sürətləndirməkdədir.

Vəsaitlər:  4 yemək qaşığı ahududu yarpağı, 4 yemək qaşığı gicitkən otu,  1 yemək qaşığı quşburnu, 1 yemək  qaşığı nanə yarpağı.

Hazırlanması:  Bütün bitkilər hava almayan bir qabın içərisində qarışdırılar. 1 litr qaynaq suyun içərisinə qarışıqdan 4 yemək qaşığı qoyub 30 - 40 dəqiqə dəmləyin. Süzdükdən sonra gündə 1 stəkan için.
/Mənbə: Qadınlar.biz/скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!