Rahat və sağlam bir doğum üçün nələr etməlisiz?

Rahat və sağlam bir doğum üçün nələr etməlisiz?
Hamiləlik
10.09.2017 65
Yaxşı təhsil sonunda doğuma hazırlanan və doğumun necə olacağını öyrənən
analar, məlumat və özünə inam sahibi olarlar. Ayrıca zamanı gəldiyində
öz bədənini və doğum sancılarını da idarə edə bilərlər. Doğumunuzun
rahat və yüngül keçməsi üçün tətbiq edə biləcəyiniz bəzi əhəmiyyətli
detallar barəsində daha əvvəl hamiləliklə bağlı 9 məsləhət
məqalələrimizdə aydınlıq vermışdik.
İndi isə sizə doğum zamanı
yaxınlaşdığında nə etməli olacağınız barəsində məlumat verəcəyik. 
Doğuma yaxınlaşdığınız dövrdə daha çox maye qidaları seçin.
Bağırsaqlarınızın boş olması doğumu asanlaşdırar.
Hamiləlik
dövrünüzdə harada doğum edəcəyinizə qərar verməniz əhəmiyyətlidir.
Həkiminizlə ya da doğum edəcəyiniz xəstəxana kollektiviylə əvvəlcədən
görüşərək özünüzü və körpənizi idarə altına almalısınız. Doğum
yaxınlaşdıqca yüngül işlər etməli və daha çox istirahət etməlisiniz.
Yoga
edə bilərsiniz çünki sizi həm zehni həm də fiziki olaraq doğuma
hazırlayar. Yoqanın əzələ və nəfəs idarəsi üzərindəki təsiri sübut
edilmişdir. Qol, qıç və kürək əzələlərinizi işlətmək üçün hovuza girə
bilərsiniz. Ayrıca bu fəaliyyət ümumi sağlamlığınız və fiziki
hazırlıqlarınızla da birləşdirilə bilər.
Körpənizə mahnı oxuyun! Duyğularınızı körpənizlə bu şəkildə paylaşaraq ünsiyyət qura bilərsiniz.
Xəstəxanaya getməzdən əvvəl ilıq bir duş alın və rahatlanın.
Doğuma gedərkən körpənizin çantasında nələr olmalıdır?
    Yumşaq bir ədyal,
    4 cüt corab və ya papış və əlcək,
    3 ədəd yun jilet,
    1 – 2 ədəd başlıq,
    5 – 6 ədəd körpə önlüyü,
    2 – 3 dəsmal,
    Bir neçə dənə yeni anadan olanlar üçün hazır alt bezi,
    Altını təmizləyərkən istifadə etmək üçün təmizləyici dəsmallar,
    İstəsəniz beşiyini bəzəmək üçün bir oyuncaq,
    İsti tutacaq 1 ədyal,
    Körpənizi evə apararkən istifadə etməniz üçün bir ana qucağı,
    Əmzik, əmzik kimi vəsaitlər.
Doğuma gedərkən sizin çantanızda nələr olmalıdır?
    Sağlamlıq talonunuz və hamiləlik faylınız,
    Gigiyenik qadın pedi,
    Sinə qisimi asanlıqla açıla biləcək 3 – 4 pijama və ya gecəlik,
    2 – 3 cüt corab və bir cüt başmaq,
    5 dənə dəsmal,
    10 – 15 dənə alt paltar,
    Çirkli paltarlar üçün bir torba,
    Ünvan dəftəriniz,
    Fotoşəkil aparatı və ya kamera,
   
Dezodorant, pudra, diş pastası və fırçası, daraq, şampun, kağız salfet
və dəsmal, nəmləndirici pomada, təmizləmə dəsmalları, fərdi təmizlik
vəsaitləriniz.
    Sizi istirahət edib rahatlaşdırmaq üçün kitab, musiqi və s.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!