Yay hamilələrinə rahatlaşdırıcı məsləhətlər

Yay hamilələrinə rahatlaşdırıcı məsləhətlər
Hamiləlik
10.09.2017 47
Hamiləlik dövründə artan maddələr mübadiləsi sürəti, bədən istiliyini daha da yüksəldir.



• Tərlətməyən, sərin saxlayan geniş və rahat paltarlar seçin.

• Tərləməyə qarşı bol maye qəbul edin. Ən yaxşı variant sudur. Ancaq portağal suyu, süd və tərləmə ilə itirilən elektrolitləri də yerinə qoymaq üçün idmançı içkiləri də seçim edilə bilər. Həddindən artıq maye alışının da su zəhərlənməsinə səbəb ola biləcəyini unutmayın!

• Gün içində, havanın sərinlədiyi saatlarda gəziş və məşq edin.

• Nəfəs alıb vermə də istiliyi tənzimləmədə əhəmiyyətli bir faktordur. Çox sürətli olmayan nizamlı bir tempdə nəfəs alıb verməyə çalışın.

• Üzmə yalnız sərinlətməklə kifayətlənməz, bütün bədəni işlədən gözəl bir məşqdir.



Ayaqlardakı şişmələr

Yay hamiləliklərinin ən böyük çətinliklərindən biri də qıçlardakı şişmələrdir. Bu dəyişikliklər hamilələrdə çox olmaqla birlikdə isti havalarda daha da artır. Bu şişliklərlə baş etmək üçün təkliflər:

• Gün içində xüsusilə iş sonrası və ya yeməkdən sonra 30-60 dəqiqə uzanın.

• Ayaqlarınızın altına bir dəsmal və ya kiçik bir yastıq qoyaraq yüngülcə yüksəldin.

• Ayaqlarınıza rahat hətta mümkünsə bir az böyük ayaqqabılar geyinin.

• Həftədə 2-3 dəfə gediş edin. Uzun müddət eyni yerdə ayaq üstə qalmayın.

• Duzu yeməklərinizdən tamamilə qaldırmayın amma azaldın.

• Üzüklərinizi əlləriniz şişmədən çıxarın.



Ləkələnməyə qarşı qorunun


Qadın Xəstəlikləri və Doğum Mütəxəssisi Op. Dr. Meltem Çam, yay hamilələrinin diqqət yetirməsi lazım olan tək nöqtənin isti hava olmadığının vurğulayır. Op. Dr. Meltem Çam, hamiləlikdə melanin hormonunun artımı səbəbiylə xüsusilə üzdə, hamiləlik maskası deyilən rəng tündləşmələri və ləkələrin ortaya çıxa biləcəyini ifadə edərək yay aylarında mütləq 30-45 qoruma faktorlu günəş kremi istifadə etmələrini tövsiyə edir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!