Hamiləliyin maraqlı faydaları

Hamiləliyin maraqlı faydaları
Hamiləlik
10.09.2017 15
Hamilə olmaq nə qədər gözəl də olsa bəzi çətinlik verən istiqamətləri də olur. Səhərlər ac qarınına ürək bulanması, halsızlıq, yorğunluq, davamlı yuxu halı və qıç ağrıları.

Nə qədər bu cür çətinlikləri olsa da hər kəs ana olduqdan sonra bunları bir dəfə daha düşünmür, ağılına gəlmir.

Əslində hamiləliyin bir çox gözəl tərəfləridə  var. Ana namizədləri və ya ana olmaq istəyənlər üçün hamilə olmanın 5 faydasını hazırladıq.



1.Daha zövqlü cinsi həyat

Hamiləlikdə cinsəllik olmaz deyənlərə fikir verməyin. Əlbəttə olar. Olmalıdı da. Hətta hamiləykən edilən seks normal zamanda edilən seksdən daha zövqlü olduğunu bilirdiniz? Hamiləliyin 4-cü ayından etibarən pelvik bölgəsinə daha çox qan gedər. Bu da sevişərkən daha həssas və daha zövqlü dəqiqələr deməkdir. Mütəxəssislər, cinsi həyatda daha əvvəldən heç orgazm olmamış qadınların ilk dəfə hamiləlikdə  orgazm hiss etdiyini deyir.

Hamiləlik boyunca istədiyiniz zaman sekslə məşğul ola bilərsiniz. Körpəyə qətiliklə bir zərəri olmaz. Yalnız seks üçün uyğun mövqeyi tapmaq lazımdır.



2. Adət dövründəki sancılara vida edin

Körpə dünyaya gəldikdən sonra adəti günləri  yaşamağa başlarsınız. Əgər doğumdan əvvəl davamlı qarın ağrıları çəkir və o saatlar keçmək bilmirdisə, artıq narahat olmayın. Çünki doğumdan sonra səbəbi müəyyən olmayan bir səbəb üzündən adət sancıları kəsilir.



3. Xərçəngə tutulma riski düşür

Hamiləliyin sinə və yumurtalıq xərçənginə tutulma riskinə  qarşı olduğu  təsbit edildi. Aparılan müşahidələrdə, 4 aydan daha çox əmizdirən qadınlarda sinə xərçəngi olma riski daha az olduğu təsbit edildi.



4. Sağlam vərdişlər əldə etmə

Qadın hamilə olduğunu öyrəndiyi andan etibarən yeməyinə və içməyinə daha çox diqqət yetirdiyi bir gerçəkdir. Çünki hər kəs körpəsinin daha sağlam olmasını istər. Buna görə pis vərdişlərdən imtina etmə və yaxşı vərdişləri əldə edə biləcəyiniz  9 ayınız olur. Və 9 ay istənərək edilən bu davranışlar doğumdan  sonra da özünü vərdiş olaraq  göstərir.



5. Daha güclü hisslər

Hamiləliyin bir başqa maraqlı nöqtəsi isə bu dövrdə hər şeyə qarşı böyük bir həssaslıq görülməsidir. Səhərlər ac qarınına mədə bulanmaları, bir çox qoxudan iyrənmə, yemək seçiciliyi bunların hamısı bu dövrdə daha təmkinli olmaq lazım olduğu üçün olduğu düşünülür.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!