Hamiləlik və hamiləlikdən sonra çatışmazlıq hissi

Hamiləlik və hamiləlikdən sonra çatışmazlıq hissi
Hamiləlik
10.09.2017 49
Şübhəsiz hər qadının, ana olmaqla əlaqədar bəzi təməl instinktləri
vardır. Bunlar sayəsində ana, təbii olaraq, hamiləlik müddətinin
öhdəsindən gəlmə və doğumdan sonra balasına lazım olduğu kimi baxma
bacarığına malikdir. Ancaq bir tərəfdən dünyaya bir uşaq gətirəcək
olmanın həyəcanı, bir tərəfdən hamiləlikdə yaşanan hormonal
dəyişikliklər və fizyoloji çətinliklər, digər tərəfdən isə gələcəklə
əlaqədar qayğılar və müasir həyatın səbəb olduğu "ən yaxşı olma təzyiqi"
qadının təbii bacarıqlarına təsir edə bilər. Bu səbəblə bir çox
qadının, hamiləliklə birlikdə başlayan və analığın ilk ayları boyunca
davam edən çatışmazlıq duyğuları yaşadıqları bilinməkdədir.
Bu narahatlıqlar doğum edən qadınların təxminən15%-də görülməkdədir.
Hamiləlik sonuna doğru çox yüksəlmiş olan progesteron və böbrəküstü bezi
hormonlarının doğumdan sonra birdən-birə sürətlə azalması bu
çətinliklərin əhəmiyyətli səbəblərindəndir. Ümumiyyətlə hamiləliyin
sonuna doğru və ya loğusalığın ilk həftəsində başlar və hüznlü,
çətinlikli, ağlamaya uyğun ruh halı şəklində görünərlər. Analar; əldən
düşmüşlük, qəmginlik, enerjisizlik, istəksizlik, həyatdan zövq ala
bilməmə və maraqsızlıq kimi şikayətlənmələr yaşayarlar. Bununla yanaşı,
körpənin baxımı üçün lazım olan  səyi göstərməyə çalışarkən vəziyyət
daha da ağırlaşar.
Doğum sonrası hüznü və ya depresiyası yaşayan anaların əhəmiyyətli bir
qisiminin, körpələrinə lazım olduğu kimi baxmaqla əlaqədar çatışmazlıq
duyğuları və öz fərdi həyatlarının artıq sona çatdığına dair depresiv
düşüncələr yaşadıqları bilinməkdədir.

Çatışmazlıq duyğusu yaşayanlar nələr etməlidir?
Ananın uzun müddət üzərindən təyin etmədiyi çatışmazlıq duyğusuyla baş
etmək üçün prsxoloji kömək alması çox faydalı olacaq. Psixoloji kömək
müddətində əvvəlcə ananın özüylə əlaqədar həqiqi gözləmələr meydana
gətirməsi təmin edilməyə çalışılar. O da bir insandır; tək qalma,
istirahət, dostları ilə olma, əylənmə kimi fərdi ehtiyacları vardır və
bu ehtiyaclar qarşılanmalıdır. Bu dünyagörüşünü qazana bilməyən ana,
çatışmazlıq duyğusundan da xilas ola bilməyəcək.
Yeni doğulan körpəsini gündə bir saat belə buraxa bilməyən, başqasına
güvənə bilməyən, körpəsinə asılı analar üçün risk çoxdur. Yaşadığı
çatışmazlıq duyğusundan xilas olmaq üçün; ictimai həyata ola bildiyincə
tez qarışmaq, gündə heç olmasa bir neçə saatı körpəsindən ayrı keçirmək,
körpədən əvvəlki həyatına aid bəzi sahələri qoruya bilmək, özünü yaxşı
hiss etdiyi fəaliyyətləri və əlaqələri davam etdirə bilmək lazımlıdır.
Sağlamlıqsız şəkildə körpəsinə asılı olmaq, yetərlik duyğusunu artıran
deyil tam tərsi ona pis təsir edən bir vəziyyətdir.
Analara həm də:
- Rəfiqələri, tanışları  ilə görüşməli
- Çöldə tək zaman keçirməli
- Baxımlarına zaman ayırmalı
- Evdə də tək zaman keçirməlı
- Körpənin məsuliyyətini həyat yoldaşı və digər yaxınlarıyla paylaşmalı
- Məşq, idman etməli
- Keçmişdə xoşlandıqları bir neçə şeyi davam etdirməli
- Əskik etdiklərinə cəmlənməli
- Özlərini başqalarıyla müqayisə etməməli
- Gülə biləcəkləri fəaliyyətlər reallaşdırmalı
Cütlüklərə təkliflər:
Yaxşı bir ünsiyyətə sahib olmaq: Yaxşı bir ünsiyyət, açıqlığı və
qarşıdurmalarla baş etməyi ehtiva etməlidir. Yaxşı bir ünsiyyət, bir çox
çətinlik dolu vəziyyətdə olduğu kimi hamiləlik və yeni körpə sahibi
olunan vəziyyətdə də, cütlüyün ən əhəmiyyətli problemlərini həll etmə
alətidir.
Həyat yoldaşlar arası əmək bölgüsü, vəzifə və məsuliyyət hazırlığı etmək (ədalət duyğusunu təmin etmək): Xüsusilə
ilk körpədən sonra bir çox cütlüyün əlaqəsinə mənfi təsirlənir. Bu
hədənin fərqində olan və əvvəldən tədbir alan cütlüklər; ya heç çətinlik
yaşamır ya da qısa müddətdə əlaqələrini normanllaşdırırlar. Xüsusilə ev
işləri, körpənin məsuliyyətləri çoxu qadına qaldığında cütlüyün
arasındakı məsafə açılır, qadında ədalətsizlik duyğusu inkişaf edir. Bu
da bir əlaqə üçün əhəmiyyətli bir maneədir.
Analıq və atalıq duyğusunun fərqli müddətlərdə yetişkinləşdiyinin fərqində olmaq: Ata olma duyğusu analıq duyğusundan çox sonra yetişkinləşər. Çünki ana
namizədi 9 ay körpəni qarınında daşıyarkən analıq duyğusunu sıx şəkildə
yaşamaqda və körpə dünyaya gəldikdən sonra da istər süd verərək, istərsə
də onunla çox daha vaxt keçirərək analığı çox əvvəl mənimsəyir. Ata
isə, yeni doğulan körpə ilə məhdud bir birlikdəliklə başlayan əlaqəsini
körpə böyüdükcə inkişaf etdirə bilir. Bu gerçəyin hər iki valideynlər
tərəfindən bilinməsi, ana və atanın bir-birini anlamasını
asanlaşdıracaq.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!