Hamiləlik zamanı dəyərli qidalanma

Hamiləlik zamanı dəyərli qidalanma
Hamiləlik
10.09.2017 15
Sonrakı 9 ay müddətində ana öz orqanizminə ziyan vurmadan uşağın inkişafı üçün optimalı şərait yartmalıdır.

Qidalanma məhsulları elə seçilməlidir ki, bunlar gün ərzində ananın və uşağın qidalı maddələrə olan təlabatını tam olaraq ödəsin.



QİDALANMANIN ƏSAS PRİNSİPLƏRİ:

• iki nəfərin yediyi miqdarda deyil, iki nəfərin ehtiyacını ödəyə biləcək keyfiyyətdə yemək qəbul etmək lazımdır.

• kifayətqədər heyvani zülal (mal əti, quş əti, balıq əti, süd məhsulları və s.) gəbul etməlisiniz;

• infeksiyanın qarşısını almaq üçün ət, balıq, dəniz məhsulları, quş əti, yumurta, süd kifayətqədər termiki işlənməlidir;

• Həm körpəyə həm də Sizə vacib lazın olan kalsiuma olan ehtiyacınızı ödəməyə çalışın. Bu məqsədlə çoxlu süd, pendir, yoqurt, kəsmik qəbul edə bilərsiniz;

• Anemiyanın, tez yorulmanın, immunitetin zəifləməsinin qarşısını almaq üçün tərkibində dəmir olan maddələr qəbul edin;

• Dölün inkişafının pozulmasına səbəb ola bilən fol turşusu çatmamazlığının yaranmasına yol verməyin. Vələmir, qreçixa, mannı, maya kimi maddələr bu turşuya olan ehtiyacınızı təmin edə bilər.

• Qəbizlikdən yaxa qurtarmaq üçün çoxlu sellülöz qəbul etmək lazındır. Bunun üçün müntəzəm olaraq meyvə, çiy tərəvəz, göyərti, qara çörək qəbul etməlisiniz.

• Orqanizminizin susuzlaşmasının və sidik yollarının infeksion xəstəliklərinin qarşısını almaq məqsədi ilə kifayət qədər su qəbul etməyi unutmayın;

• Həkimlə məsləhətləşmədən dərman və qida əlavələrindən istifadə etməyin;

• Allergiya halı yaradan maddələri az miqdarda qəbul etməyə çalışın: şokolad, kofe, qatılaşdırılmış süd, sitrus meyvələri, çiyələk;

• Hamilələr üçün nəzrdə tutulmuş vitaminlər qəbul edin (preqnavit, qendevit, elevit pronatal).

• Hamiləliyin ikinci yarısında qəbul etdiyiniz karbohidratların, un məmulatlarinin, tərkibində nişasta olan maddələrin, kəskin və ədavalı, hisə verilmiş məhsulların miqdarını azaldın. Bu məhsullar artıq çəkinin yaranmasına səbəb olurlar.



Hamiləlik zamanı yol verilən çəki artımı 8-10 kq-dır. Bu çəki aşağıdakı kimi bölünür:

3,5 kq – uşağın çəkisi;

500 q – ciftin çəkisi;

1 kq    - uşaqlığın çəkisi;

700 q  - dölyanı sular;

1 kq    - döş vəzlərinin çəkisinin artması;

1,3 kq – artmış qanın miqdarı.

Bu hesabla çəkinin aylıq artımı 200-250 q olmalıdır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!