Hamiləlik zamani cari tibbi müayinə

Hamiləlik zamani cari tibbi müayinə
Hamiləlik
10.09.2017 48
Hamiləlik dövründə tibbi müayinə əsasən AT, bədən çəkisinin, uşaqlıq dibinin hündürlüyünün ölçülməsindən və sidiyin, qanın analizindən ibarətdir. Bəzi həkimlər həmçinin bel dövriyyəsini də ölçürlər. Dölün uşaqlıq daxilində vəziyyətini və ürək döyüntüsünü mümkün qədər tez təyin etmək vacibdir. Bir çox həkimlər dölün ürək döyüntüsünü fonendoskopla, bəziləri isə adi stateskop vasitəsilə təyin edirlər. Hazırda əldə olan tibbi cihazlar həm anaya, həm də həkimə dölün ürək döyüntüsünü dinləməyə imkan verir. Bəzi analar ürək döyüntüsünün tezliyinə və yaranan əlavə səsə - ciftin "şappıltısına” təəccüb edirlər. Vaginal (uşaqlıq yolu daxili) müayinələr istisna olmaqla, digər müayinə üsulları hamilə qadınları heç də narahat etmir. Həkimləri bir çoxu hamiləlik boyunca mümkün qədər az müayinə aparmağı üstün tutur. Lakin bəzi hallarda daha çox informasiya əldə etmək lazım gəldikdə, çoxsaylı laboratoriya analizləri, amniosentez, ultrasəs müayinəsi və hətta rentgen müayinəsi də aparılır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!