Kesar kəsiyi zamanı epidural və ümumi ağrısızlaşdırma

Kesar kəsiyi zamanı epidural və ümumi ağrısızlaşdırma
Hamiləlik
10.09.2017 104
Çox tələbkar analar kesar kəsiyinin yerinə yetirilməsi üçün ümumi narkoz tələb edəcəklər. Adətən həyat yoldaşına əməliyyatın gedişində iştirak etməyə icazə verilir. Hətta körpəni qısa müddətə onun qucağına da verirlər. Ana narkoz altında olmasına bazmayaraq, ona da körpənin doğulduğunu xəbər verirlər.

Epidural anesteziya altında isə ana hər şeyi görür, eşidir. Doğuşdan sonra körpəsini qucağına alır, lakin zəif olduğuna görə onu cəmi bir neçə dəqiqə saxlayır.

Analar deyirlər ki, ağrının olmamasına baxmayaraq, onlar hər şeyi hiss edirlər, həkimin necə onların üzərində işlədiyini hiss edirlər və uşaq qarından çaxarıldıqda, doğuş təəsüratı yaranır. O anda körpə ilə ünsiyyətdə olmaq, ağrı keçirmədən balaya qovuşmaq, sərf olunmuş əməyə dəyər.

Kesar kəsiyi ilə əlaqədar olaraq, həm epidural həm də ümumi narkoz keçirmiş qadınlar bildirirlər ki, epidural anestziya zamanı aldıqları mənəvi rahatlığı, ümumi narkoz zamanı, təbii ki, ala bilmirlər. Həmçinin, epidural anesteziyadan sonra sağalma dövrü də daha müvəffəqiyyətlə keçir.

Bəzən epidural anesteziyanı vaxtın azlığı, ixtisaslı anestezioloqun olmaması və ya sadəcə bu üsulun həmin qadın üçün effektsiz olması üzündən aparılmır.

Doğuş zamanı isə bu barədə mübahisə etməyinə dəyməz. Həkim Sizin üçün xeyrli olan üsulu seçəcək, əmin olun. Lakin belə hallar olmasın deyə, hətta vaginal doğuş gözləndiyi hallarda, kesar kəsiyi ehtimalını yaddan çıxarmayın və hansı üsulla anestiziya aparılması barədə həkiminizlə qabaqcadan razılığa gəlməyə çalışın.

Kesar kəsiyi keçirmiş qadınlar əməliyyatdan sonra xəyal qırıqlığına uğraya bilərlər. Lakin bunun üçün heç bir səbəb yoxdur. Yadınıza salmaq istərdik ki, bu üsul yüzlərlə illərdən bəri ana və körpələrin həyatını qurtaran bir üsuldur və əgər bu üsul olmasaydı, kim bilir neçə ana bu dünyanı tərk etmiş, neçə körpə dünyaya gələ bilməmişdir?!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!