Doğuşdan sonrakı depresiyanı aradan qaldırmanın yolları

Doğuşdan sonrakı depresiyanı aradan qaldırmanın yolları
Hamiləlik
10.09.2017 22
Artıq ANA olmusunuz, amma
sanki nə isə çatışmır, hər şeyə narahat olur, acıqlanır, hər dəqiqə
ağlamaq və özünə güvənsizlik hissi yaranır. Hətta elə anlar olur ki,
dünyaya min bir əziyyətlə gətirdiyin uşağı günahlandırmağa başlayırsınız
ki, hər şeyin günahkarı heç bir günahı olmayan balaca körpənizdir. Bu
doğuşdan sonrakı depressiyadır. Bunu demək olar ki, ana olan qadınların
çoxu yaşayır, lakin cəmiyyətimizdə qınanılacağından qorxaraq əksəriyyət
qadınlar bunu özü-özünə belə etiraf etməyə çəkinir. Əslində yeni ana
olmuş qadını hər cürə mənəvi dəstəkləmək
əvəzinə qınamağa başlayırlar, amma bu 9 ay gözlədiyi körpəsinin dünyaya
gəlməyini hamıdan çox istəyir və ona canla-başla baxır, lakin artıq
aylardır yüklənmiş bədən və üstəlik doğuş zamanı keçirdiyi stress ananın
uşağa istədiyi kimi baxmağa mane olur, yuxusuz gecələr, uşağın ağlamağı
onu bu stress vəziyyətinin daha da ağırlaşmasına gətirib çıxarır. Evdə
də ananın bu vəziyyətini başa düşülmürsə, qadın daha da özünə güvənini
itirir, axı aylardır çəkdiyi əziyyət onu da yormuş və onun da qayğıya
ehtiyacı vardır.
         Əsasən doğuşdan sonrakı depressiyanın 3 tipi vardır:
Doğuş qurtarandan sonra bir neçə sutka ərzində olur. Bu zaman qadın
özünü güvənsiz, aciz hiss edir, davamlı olaraq qadını ağlamaq və qorxu
hisləri bürüyür.
Yüngül formalı depressiya – bu bir neçə gündən bir həftəyə qədər 
davam edə bilər, tənhalıq, köməksizlik və qorxu hissləri ilə müşahidə
olunur.
Xroniki depressiya – bu doğuşdan sonrakı ilk 3 aydan 1 ilə qədər,
hətta ağır hallarda 3-4 ilə qədər davam edə bilər. Bu zaman ən adi
işlərin görülməsi mümkünsüz və dözülməz olur, qadın davamlı olaraq
həyəcan və qorxu içində yaşayır.
  Bəs nə etməliyik ki bu vəziyyətdən tez bir zamanda qurtulaq və uşağa lazımınca diqqət yetirək:
1. Deməli, ana olduğunuz andan başlayaraq siz əvvəllər öyrəşdiyiniz
həyat tərzindən çox uzaqlaşırsınız, heç nə əvvəlki kimi olmur, məsələn
ən sevdiyiniz filmi və yaxud verilişi izləyə bilmirsiniz, buna nə
imkanınız, nə də vaxtınız çatır. Ən yaxşı iş görə-görə radionu açın və
musiqiyə qulaq asın, xəbərləri dinləyin. Bu yolla ən azından dünyada baş
verən hadisələrdən xəbərdar olarsınız. Həm musiqi dinlədikcə
əsəbləriniz sakitləşər, eyni zamanda gördüyünüz işlər də əyləncəli olar.
2. Çalışın sizin üçün ən vacib olan işləri görəsiniz, çünki evinizdə
əvvəlki ideal təmizliyinizi saxlamağa sizin sadəcə olaraq gücünüz
çatmayacaq. Düşünün ki, evin bu vəziyyəti müvəqqətidir, indi siz bütün
enerjinizi və gücünüzü uşaq üçün sərf etməlisiniz, çünki onun daha çox
sizə ehtiyacı var, bunu unutmayın.
3. Unutmayın ki, hərdən siz də özünüzə vaxt ayırmalı, salona getməli,
üzünüzə saçınıza qulluq etməli, mağazaları gəzib alış-veriş etməyə
ehtiyacınız var. Bunun üçün yaxınlarınızın birindən kömək istəməkdən heç
də çəkinməyin, onlar böyük məmnuniyyətlə 1-2 saatlıq körpəyə baxmaqdan
zövq alacaqlar.
4. Sizin üçün ən vacibi həm də dincəlməkdir. Çalışın özünüz üçün yuxu
saatları müəyyən edin, yaxşısı budur bu gündüz vaxtlarına təsadüf
etsin. Körpə yatmışkən siz də yatın. Sadəcə olaraq gözünüzü yumun və heç
kimlə söhbət etməməyə çalışın, dincəlin. Kofeyin tərkibli içkiləri
içməyin bu əsəbililiyi artırır.
5. Uşaq yatmışikən kitab oxuyun, bu ananın fikrini yayındırıb və əsəbi vəziyyətdən çıxarmağa kömək edəcək.
6. Vanna qəbul edin, telefonu söndürün, gimnastikayla məşğul olun. Bu
sizin hamiləlik və doğuşdan sonra korlanmış bədən formanızın yenidən
bərpa olunmasına kömək edəcək.
7. Uşaqla gəzintiyə çıxan zaman yaxşı geyinin, saçlarınızı düzəldin,
kosmetikadan istifadə edin. Bu sizə əvvəlki güvəninizi qaytarmağa kömək
edəcək. Yolda dost-tanışlarla rastlaşdınız zaman sizi yaxşı vəziyyətdə
görüb doğuşdan sonra gözəlləşdiyinizi söylədikləri zaman özünüzə
güvəniniz yenidən bərpa olunmağa başlayacaq…
 
UNUTMAYİN!!!
ÖZÜNÜZÜ YAXŞI ƏHVAL-RUHİYYƏDƏ KÖKLƏYİN.
DÜŞÜNÜRSÜZ Kİ, UŞAQLARI OLMAYAN YAXINLARINIZIN
HƏYATLARI ÇOX ASANDIR? AMMA ONLAR BAŞLARINI NE ILƏ QATACAQLARINI
BİLMİRLƏR, AMMA SİZ BALACA KÖRPƏNİZLƏ HEÇ DARIXMIRSIZ. KÖRPƏNİZ SİZİN
MÖCÜZƏNİZDİR, BUNU UNUTMAYIN VƏ ONUNLA ÖZÜNÜZÜ XOŞBƏXT HİSS ETMƏYƏ
ÇALIŞIN VƏ BU SİZDƏ ALINACAQ GÖRƏCƏKSİNİZ!!!
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!