Qadınların reproduktiv sistemi necə idarə olunur?

Qadınların reproduktiv sistemi necə idarə olunur?
Hamiləlik
10.09.2017 21
Tibb elmində qəbul olunmuş nəzəriyyələrə görə həm qadınların, həm də kişilərin reproduktiv (dölyaratma) sistemi baş beyin tərəfindən idarə olunur. Bu bir neçə mərhələdə (etapda) baş verir:

 

Beyin qabığı, hipotalamus və hipofizin fəaliyyətinə bilavasitə təsir edən maddə olan neyromediatorlar istehsal edir;

Hipotalamus – baş beyinin bir hissəsidir. Burada relizinq-hormonlar adlanan xüsusi maddə ifraz edilir ki, onlar da hipofiz vəzisi tərəfindən digər hormonların hazırlanmasını tənzimləyir;

Hipofiz – baş beyində yerləşən bir vəzidir. Bu vəzidə daxili sekresiya vəzilərinin və bütünlükdə bütün orqanizmin fəaliyyətini tənzimləyən xüsusi hormonlar hazırlanır. Məhz bu vəzidə bilavasitə yumurtalıqların fəaliyyətinə təsir edən qonadotrop hormonlar (lyüteyinləşdirici hormon – LH, follikulstimullaşdırıcı hormon – FSH və prolaktin) hazırlanır;

Qonadotrop hormonların təsiri altında qadın yumurtalıqlarında esterogenlər (qadın cinsi hormonları), androgenlər (kişi cinsi hormonları) və progesteron hormonlarının hazırlanması və ifraz edilməsi baş verir. Digər hormonlara nisbətən androgen hormonlar qadın orqanizmi tərəfindən daha az miqdarda hazırlanır.
Sağlam olun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!