9 ayın 9 qanunu

9 ayın 9 qanunu
Hamiləlik
10.09.2017 38
1. Düzgün qidalanma və çəkiyə nəzarət
Hamilə qadının qidalanmasının bəzi özəllikləri var kı, bu barədə saytımızdakı xüsusi məqalədə geniş məlumat verilib. Çəki artımına da nəzarət vacibdir. Həftə ərzində hamilə qadının cəkisi 200-450q arta bilər. Bütün hamilılik dövründə isə artım 12 kq-dan artıq olmamalıdır.
 
2. Təmiz hava
Hamilə qadın hər gün 1saatdan az olmayaraq təmiz havada gəzintilər keçirməlidir. Təmiz havada hərəkət qan dövranını gücləndirir ki, bu da həm anaya, həm də gələcək körpəyə xeyirlidir.
 
3. Vitaminlər
Hamiləliyin ilk 3 ayında sutkada 400 mikroqram fol turşusu qəbul olunmalıdır. Bu vitamin döldə mərkəzi sinir sistemi qüsurlarının yaranma ehtimalını 70% azaldır. Hamiləliyin 3 ayından sonra isə sutkalıq tələbata uyğun tərtib olunmuş xüsusi vitamin kompleksləri məsləhət görülür.
4. Kalsium və dəmir preparatları
Hamiləliyin 22-24-cü həftəsində döldə sümük toxumasının inkişafı başlayır. Hamilənin orqanizmində kalsium kifayət qədər olmadıqda, döl özünə lazım olan kalsiumu ananın sümük və dişlərindən alır. Bunun qarşısını almaq üçün bu həftələrdə müxtəlif kalsium preparatları və bu maddə ilə zəngin qida qəbulu məsləhətdir. Anada yaranan dəmir defisitli anemiyanın (qanazlığının) müalicəsi və profilaktikası üçün isə dəmir preparatları qəbul olunmalıdır.
 
5. Allergenlər
Dölün immun sisteminin normal formalaşması üçün hamilə qadın rasionunda allergen məhsulları (şokolad, portağal, naringi və s.) azaltmalıdır.
6. Fiziki iş və gimnastika
Fiziki iş hamilə üçün vacibdir. Lakin hamilə qadın yorulmamalı, gecə növbəsindən və ağır işdən azad olmalı, uzun müddət ayaq üstə durmamalı və yaxud oturaq vəziyyətdə olmamalıdır. Hamiləlik zamanı uzaq yol getmək də məsləhət deyil.
Doğuşa hazırlıq məqsədilə xüsusi gimnastika ilə məşğul olunmalıdır. Buraya doğuşda iştirak edən əzələləri möhkəmləndirən və tənəffüsü tənzimləyən idman hərəkətləri daxildir.
7. Ehtiyat tədbirləri
Hamiləliyin ilk və son aylarında cinsi əlaqə məsləhət görülmür. Bu, düşük və vaxtından əvvəl doğuş təhlükəsi yarada bilər.
Hamilə yuxu rejiminə riayət etməlidir. Gecə yuxusu 8 saatdan az olmamalı, günorta vaxtı isə 1-2 saat istirahətə yer verilməlidir.
Onurğa sütununa yükü azaltmaq və qarın əzələlərini qorumaq üçün hamiləliyin 20 həftəsindən sonra xüsusi bandajlardan istifadə olunmalıdır.
 
8. Daimi həkim nəzarəti
Hamilə özünün və gələcək uşağının sağlamlığını qorumaq üçün vaxtlı-vaxtında həkim qəbulunda olmalı, lazımi laborator və ultrasəs müayinələrindən keçməlidir. Hamilə üçün optimal pəhriz, idman hərəkətləri və dərman preparatları individual olaraq yalnız həkim tərəfindən təyin oluna bilər.
9. Və ən əsası - hamilənin emosional durumu
Hamiləlikdə stress və əsəb gərginliyi yolverilməzdir. Hamilənin sinir sistemi cox kövrəkdir və bunu həm gələcək ana özü, həm də ailə üzvləri nəzərə almalıdırlar.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!