Hamiləlik və stress

Hamiləlik və stress
Hamiləlik
10.09.2017 16
Hamiləlik qadının həyatında xüsusi bir dövrdür. Hamiləlik zamanı qadın tez-tez gərgin olur, bəzən səbəbsiz əsəbləşir, kövrəlir, ağlayır.
Buna səbəb həm qadının orqanizmində (o cümlədən, sinir sistemində) baş verən ciddi dəyişikliklər, həm də bətnində olan körpəyə görə narahatçılıq hissidir. Hamilə qadınlar bir çox hissəsi uşağın xəstə, qüsurlu doğulmasından, hamiləliyin vaxtından tez pozulmasından qorxur.
Beləliklə, hamiləliyin özü qadın üçün müəyyən stress faktorudur. Bu vəziyyətdə hamilə qadının ətrafında olan insanlar onu hər cür ruhlandırmalı, stress və həyacanlamalardan qorumalı, ona qarşı mehriban, nəvazişli olmalıdırlar. Hamilə qadın daim sakit və onun üçün komfortlu şəraitdə olmalıdır. Bu hamiləliyin gedişatı və gələcək körpənin sağlamlığı üçün olduqca vacibdir.
Təbii ki, yüngül streslər, həyəcanlamalar həyatımızın ayrılmaz bir hissəsidir. Bundan əlavə belə yüngül streslər hətta orqanizm üçün xeyirlidir.
Lakin bəzən hamilə qadın güclü uzunsürən streslərə, həyacanlamalara məruz qalır. Güclü stress, qorxu, həyacan zamanı qadının qanına xüsusi stress-hormonlar ifraz olunur ki, bu hormonlar uşaqlığın tonusunu artırır. Uşaqlığın tonusunun artması isə uşaqsalmaya (xüsusilə hamiləliyin əvvəlində) və ya erkən doğuşa səbəb ola bilər.
Amerika Elmi Akademiyasının araşdırmalarına əsasən, güclü stress zamanı hamilə qadının orqanizmi təbii seçim aparır ki, bu seçimin nəticəsində güclü döl qalır, daha zəif döl isə həlak olur. Kişi cinsinə mənsub olan döllər daha zəif olduğuna görə, uyğun olmayan şəraitdə daha tez həlak olurlar.
Digər tərəfdən stress (xüsusilə xroniki streslər) ciftdə qan dövranını pozur və bunun nəticəsində körpənin oksigen və qidalı maddələrlə təmin olunması prosesi pozulur. Bu isə uşaqda müxtəlif problemlərin əmələ gəlməsinə səbəb ola bilər. İlk növbədə bu doğulan uşağın çəkisinin normadan az olmasına gətirib çıxarda bilər.
Güclü uzunsürən streslər toksikozun güclənməsinə, doğuş zamanı müxtəlif pozulmaların inkişafına səbəb ola bilər.
Amerikalı alimlər araşdırmalar nəticəsində belə qərara gəldilər ki, hamiləlik zamanı uzunsürən güclü streslərə məruz qalan qadınların uşaqları qorxuya və həyəcanlamaya daha meyilli olurlar, onlarda əqli inkişafının ləngiməsi daha tez-tez hallarda müşahidə olunur, onlarda digər uşaqlarla müqayisədə autizm kimi ağır pozulma daha tez-tez inkişaf edir.
Beləliklə, hamilə qadın özünü streslərdən mümkün qədər qorumalıdır və onun ətrafında olan insanlar ona bu işdə kömək etməlidir.
Lakin əgər hamilə qadın stress vəziyyətinə düşübsə, o, bu vəziyyətdən daha tez çıxmağa bacarmalıdır. Bunun üçün psixoloqların bəzi məsləhətlərindən istifadə etmək olar.
- Fiziki aktivlik (müxtəlif formalarda - idman, gəzinti, ev işləri və s.) stress vəziyyətlərindən çıxmaq üçün ən yaxşı üsuldur.
- Hər hansı xoş hadisə haddında fikirləşməyə çalışın (uşağın doğulması, onun ilk gülümsəməsi və s.).
- Xoşagəlməz hadisəni rəfiqələriniz, qohumlarınızla müzakirə edin. Bu stresin azalmasına kömək edir.
- Ağlamaq istəyəndə - ağlayın. Bu da mənfi emosiyaları azaldır.
- Yuxu stress və həyəcanlamalarla mübarizədə kömək edir.скачать dle 11.3
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!