Hamiləlik zamanı qrip

Hamiləlik zamanı qrip
Hamiləlik
10.09.2017 51
Hamiləlik zamanı qadınların immuniteti zəifləyir. Bu, fizioloji prosesdir.
Məsələ burasındadır ki, insanın immun sistemi orqanizmi yad hüceyrələrdən qoruyur və bu hüceyrələri məhv edir. Qadının orqanizmində inkişaf edən döl də onun immun sistemi  üçün "yaddır" (axı onun hüceyrələrinin yarısı atanındır). Məhz bu səbəbdən hamiləlik zamanı qadının immun sistemi zəifləyir ki, dölə ziyan vurmasın.
Lakin bu zəifləmə qadına ucuz başa gəlmir. Zəifləmiş immunitet orqanizmdə yaşayan və həmçinin xarici mühitdən bura düşən virus, infeksiyalar, mikroblarla daha zəif şəkildə mübarizə aparır ki, bunun nəticəsində hamilə qadınlar daha tez-tez soyuqdəymə, infeksion xəstəliklərinə tutulur. Hamilə qadınları daha tez-tez herpes narahat edir (dodalqrın üstündə, ağız boşluğunda kiçik xoralar əmələ gəlir), göbələk infeksiyası "baş qaldırır" (cinsi yollarından ağ kəsmiyə bənzər ifrazatlar çoxalır).
Hamiləlik zamanı qadın virus xəstəliklərinə qarşı daha davamsız olur. Bu viruslardan biri qripdir. Qrip adi soyuqdəymə ilə müqayisədə hamilə qadın üçün heç də "ziyansız" deyil. Əksinə qrip virusu hamiləlik zamanı müxtəlif və çox ağır pozulmalara səbəb ola bilər - hamiləliyin erkən pozulması, döldə müxtəlif patologiyaların inkişafı və s.
Qrip yüksək hərarət (40-40,5 C kimi), oynaqlarda ağrılar, işığa qarşı dözümsüzlük, bəzən ürəkbulanması və qusma ilə müşayiət olunur. Bu intoksikasiyanın simptomlarıdır. 2-ci-3-cü gün quru öskürək, zökəm, boğazda göynəmə kimi simptomlar inkişaf edir. Xəstə güclü tərləyir, özünün çox zəif, yorğun hiss edir. Dodaqlarda herpes çıxa bilər (ağrılı kiçik xoralar), qadında qarın ağrısı və hətta ishal ola bilər. Belə vəziyyət 7 gün ərzində davam edə bilər.
Qrip virusu immun sisteminin daha da zəiflənməsinə səbəb olur ki, bunun nəticəsində qadında müxtəlif ağırlaşmalar inkişaf edə bilər - pnevmoniya, haymorit, ürəkdə və böyrəklərdə pozulmalar və s. Həmçinin qadında olan bəzi xroniki xəstəliklər (bronxial astma, xroniki bronxit, böyrək və ürək xəstəlikləri) kəskinləşə bilər. Bu səbəbdən hamilə qadına "qripp" diaqnozu qoyulubsa, qadın daim terapevtin ciddi nəzarətində olmalıdır ki, mümkün olan ağırlaşmaların qarşısı alınsın.
Qripin dəqiq diaqnozunu yalnız həkim qoya bilər. Bu səbəbdən xəstəliyin ilk simptomlarında qorxuya düşməyin (bu adi soyuqdəymə də ola bilər) və dərhal evə terapevti dəvət edin
Hamilə qadınlarda qripin müalicəsi zamanı bəzi virusəleyhinə, öskürəyə və zökəmə qarşı olan bəzi preparatlar istifadə olunmur. Həkimlər təbii vasitələrə üstünlük verməyə çalışırlar. Belə ki, bir qədər turş bol maye intoksikasiya ilə çox yaxşı mübarizə aparır. İtburnu dəmləməsi, limonlu çay balla, moruqlu, zoğallı çay və s. istifadə etmək olar.  Lazım olduqda həkim ot tərkibli öskürək əleyhinə dərmanlar və s. təyin edə bilər. Müalicəvi bitkilərlə olan inhalyasiyalar da (sürvə otu, evkalipt, nanə, çobanyastığı ilə) yaxşı kömək edir.
Yüksək hərarətlə mübarizədə tərkibində parasetamol olan vasitələr istifadə olunur. Parasetamol bütün dünyada hamilə qadınlar üçün ən ziyansız hərarətsalan vasitə hesab edilir.
Qripp virus infeksiyasıdır və bu səbəbdən bu xəstəliyin müalicəsində antibiotiklər istifadə olunmur. Antibiotiklər yalnız qripin fonunda bakterial infeksiyalar inkişaf etdikdə istifadə oluna bilər (pnevmoniya, haymorit və s. zamanı).
Qripp hamiləliyin 12-ci həftəsinə kimi xüsusilə təhlükəlidir. Bu müddət ərzində dölün əsas orqan və sistemləri formalaşır və bu zaman hamiləliyin normal keçməsi xüsusilə vacibdir. Bu müddət ərzində qripp infeksiyası hamiləliyə mənfi təsir etdikdə, hamiləlik bir çox hallarda özü-özündən pozulur. Lakin əgər hamiləlik qripdən sonra normal inkişaf edirsə (analizlər, USM normadadır), bu o deməkdir ki, ciddi narahatçılıq üçün səbəb yoxdur.
12-ci həftəsindən sonra qrippin hamiləliyə mənfi təsiri daha az olur.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!