Ana olmadan əvvəl bilməniz lazım olan çətinliklər

Ana olmadan əvvəl bilməniz lazım olan çətinliklər
Hamiləlik
10.09.2017 16
1. Özünüz üçün  heç vaxtınız olmaz

Körpəniz oyandığı anda işiniz başlar və gecə yuxuya gedənə qədər çəkər. O gün içində yatsa belə, sizin hələ edəcək bir çox işiniz olacaq. Ehtimalla hər gün paltar yuyacaqsınız məsələn.

 

2. Son dərəcə yorğun olacaqsınız

Körpənizin ilk ilində, hər gün inanılmaz yorulmağa hazır olun. Xüsusilə ilk bir neçə ay gecə gündüz anlayışınız olmayacaq, hər an hər şəkildə əmrinə amade olacaqsınız. Altı aylıq olduqdan sonra, gecələri yatmağa başlaya bilərlər amma bu səfər də dişlər çıxmağa başlar və başqa sözlə yenə gecələr yuxusuz keçər. Və bütün bu bölünmüş yuxular sizin enerjinizi salacaq.

 

3. Yuxu nizamlarını idarə etmək məcburiyyətindəsiniz

Körpələr yatmaq üçün rahat hiss etməlidir. Yuxu nizamını təmin etmək üçün evdə və dinc bir mühitdə olmalıdır. Bunu təmin etmək də sizin əlinizdə.

 

4. Hər körpə fərqlidir

Bir körpə üçün işə yarayan şey, digəri üçün yaramağa bilər, ona görə öz körpəniz üçün doğru və ən yaxşı olanı kəşf etmək və buna görə davranmaq məcburiyyətindəsiniz. O sizin körpəniz, digərlərindən fərqli olması xoşunuza getməzmi?

 

5. O doğulmadan əvvəlki həyatı xəyal belə edə bilməyəcəksiniz

Bir valideynlər olmaq bütün həyatınızı dəyişdirəcək və öz ehtiyaclarınıza deyil körpənizə adabta olacaqsınız. Bu bir dəfə həyatınızın gerçəyi olduğunda, daha əvvəlki həyatınızı xatırlamaqda belə çətinlik çəkəcəksiniz.

 

6. Yoldaşınızla əlaqəniz dəyişmək məcburiyyətində qalacaq

Körpəniz doğulduqdan sonra ikinizin də bir-birinizdən çox onunla maraqlanması lazım olacaq. İşləİstər işləyin istər yox dünyaya gətirdiyiniz həyatın sürməsindən də siz məsulsunuz! Ailənizin yeni üzvüylə birlikdə artıq yeni bir nizam və tarazlıq qurma zamanınız gəldi.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!