Hamilələr bu yazını oxusun!

Hamilələr bu yazını oxusun!
Hamiləlik
10.09.2017 11
Hamiləliyi qış ayına təsadüf edən qadın yaxşı qidalanmalı, soyuq havayla bağlı yarana biləcək xəstəlik riskindən uzaq durmaq üçün C vitamini ilə zəngin qidalar yeməlidir. Xüsusilə yetərsiz C vitamini qəbulu həm ana, həm də körpədə ciddi sağlamlıq problemlərinə yol aça bilər.



Soyuq hava hamilənin enerji ehtiyacını artıra bilər. Qışda maddələr mübadiləsi daha çox sürətlənir və enerjiyə ehtiyac duyulur. Hamiləlik zamanı bədəndəki hormonlar tamamən dəyişir və qadınlarda yemək davranışları fərqli olur. Hamilənin qış aylarında xərclədiyi enerji də qadının yaşı, çəkisi və etdiyi hərəkətlərə görə dəyişir.

Hamiləliyin ilk 15 həftəsində əlavə enerjyə ehtiyac olmasa da, soyuq havada bu enerjiyə ehtiyac duyulur. Bu halda qadın daha çox yemək istəyə bilər. Ehtiyacından çox yeməməli, düzənli və yetərli qidalanmalıdır.



Hansı qidalar yeyilməlidir?

Gün ərzində hər qidadan yeyilməlidir. Hamiləlikdə bədənin ehtiyacı olan bütün karbohidrat, protein, yağ, vitamin və minerallar qidalardan alınmalıdır. Körpənin əzələ, beyin, qan və diş sağlamlığı üçün mütləq süd və süd məhsulları, yumurta yeyilməli, quru noxud, lobya, mərci kimi paxlalılar süfrədən əskik edilməməlidir.



Qatqı maddəli içki və yeməklərdən uzaq durmaq lazımdır. Qızardılmış qidalar yeyilməməlidir. Tərkibində zəhərli maddələr olur. 8 həftədən sonra sümük və diş sağlamlığı üçün balıq yeyin. Həftədə 2 dəfə balıq yeyilməlidir.



Qış aylarında bədəndə su nizamı pozulduğundan 2 litr su içilməlidir. Su yerinə az şəkərli kampot, limonad, yeni sıxılmış meyvə suyu və ayran da içə bilərlər.



İmmunitetin gücləndirilməsi üçün C vitamini vacibdir. Sümük qığırdaq inkişafı, yaraların tez sağalması, infeksiyalara qarşı qorunma, sağlam bir dəriyə sahib olmaq C vitamin ilə mümkündür. Toxuma inkişafına kömək edir, hamiləlik zəhərlənməsinin qarşısını alır. C vitaminatışmazlığı körpədə zehni geriliyə səbəb ola bilər. Gündəlik C vitamini qəbulu 85 mg olmalıdır. Əmizdirən analar üçünsə 120 mg.



Kök, narıncıgillər, kivi, alma, banan, brokoli, kərəvəz, gül kələmi, ispanaq, kələm, kartof, yaşıl bibəri bol yeyin. Təzə olduğuna və bol suyla yuyulmasına diqqət edin.



Hamiləlikdə C vitamin səviyyəsi yüzdə 50 nisbətində azalır. Bu da erkən doğuş, düşük, anemiya, dölün inkişaf pozğunluğu, ananın saçlarının tökülməsi, dişəti iltihabı, dəridə quruma, soyulma, yaraların gec sağalmasına səbəb olur.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!