Hamiləlik dövründə hansı musiqilərin faydası var

Hamiləlik dövründə hansı musiqilərin faydası var
Hamiləlik
10.09.2017 9
Çoxdan sübut olunub ki, musiqi insana böyük təsir edir. Musiqi
sakitləşdirir və ya əksinə insanı daha gümrah edir, aqressiyanı, stesi
azaldır, depressiyadan çıxmağa kömək edir və s.

Hərbi marşaları misal çəkmək olar. Bu marşlar əsgərlərin ruhunu möhkəmləndirirdi, onları döyüşə hazırlaşdırırdı.



Qədim vaxtlardan bu günə kimi musiqini köməkçi müalicəvi vasitə kimi
müxtəlif xəstəliklərin (xüsusilə sinir sistemi pozulmalarının - nevroz,
nevrasteniya, yuxusuzluq, kəkəlləmə və s.) müalicəsində istifadə
edirlər.



Beləliklə, musiqinin insana böyük müsbət təsiri şübhəsizdir.



Bütün dünyada həkimlər hamilə qadınlara musiqiyə qulaq asmaq tövsiyə
edirlər. Bu həm ana, həm körpə üçün çox xeyirlidir. Hamiləlik zamanı
qadının əhval-ruhiyyəsi tez-tez dəyişilir, qadın ağlağan olur,
depressiyaya düşür. Musiqi bu halda güclü psixoterapevtik təsir edir -
sakitləşdirir, qadında pozitiv fikirlər, duyğular yaradır.



Ana bətnində olan uşaq səsləri eşidir və bu səslərə müxtəlif reaksiya
verir. Alimlərin fikirinə görə, musiqi ana bətnində olan körpənin
inkişafına (xüsusilə onun beyninin inkişafına) çox müsbət təsir edir,
hətta gələcəkdə onun zövgünün formalaşmasında böyük rol oynayır.



Araşdırmalar nəticəsində məlum olub ki, Mosart və Vivaldi kimi dahi
bəstəkarların musiqisi ana bətnində olan uşaqların əksəriyyətinin xoşuna
gəlir, onları sakitləşdirir.



Musiqi seçdikdə klassik melodiyalara, xalq musiqisinə, beşik mahnılarına
üstünlük verin. Hər hansı melodiya körpənin xoşuna gəlməyə bilər (siz
bunu körpənin "davranışından" başa düşəcəksiniz).



Klassik melodiyaları arasında mütəxəssislər bu melodiyaları tövsiyə edirlər:



- Mosart "Simfoniya N40"



- Betxoven "Sonata N14"



- Şubert "Ave Mariya"



- Vivaldi "İlin fəsilləri" ("Времена года")



- Çaykovski "Şelkunçik", "Yatmış gözəl"



- Şopen "Noktürn-sol-minor"



- Qaydn "Sonatalar"



- Qlinka "Ruslan və Lyudmila"



- Bokkerini "Minuet".



Hamilə qadınlar üçün mütəxəssislər tərəfindən hazırlanmış xüsusi musiqi disklər buraxılır.



Təbii ki, zövqünüzə uyğun olan digər klassik melodiyaları seçə bilərsiniz.



Həmçinin ana körpəsinə beşik mahnıları oxuya bilər - ananın səsi körpə üçün ən yaxşı melodiyadır.



Təbiətin səsləri (yağışın, okeanın, quşların, meşənin səsi) də həm uşağa, həm də anaya müsbət təsir edir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!