Uşaq sahibi olmaq istəyənlər üçün

Uşaq sahibi olmaq istəyənlər üçün
Hamiləlik
10.09.2017 10
Beləliklə, siz uşaq sahibi olmaq qərarına gəlmisiniz. Bir çox ailə cütlükləri buna mümkün qədər tez nail olmaq istəyir.



Bu mümkündürmü? Bəli, mümkündür. Sadəcə həkimlərin bəzi məsləhətlərinə riayət etmək lazımdır.



1. Gələcək ana və ata mütləq düzgün və faydalı qidalanmalıdırlar.
Hamiləliyə hazırlıq dövründə arıqlamaq məqsədi ilə tutulan pəhrizlərdən
imtina etmək lazımdır. Rasionunuzda daim təzə meyvə-tərəvəz, göyərti,
ət, balıq, paxlalılar, dənli bitkilər, süd məhsulları olmalıdır. Ət,
qoz-fındıq, balıq spermanın göstəricilərinə yaxşı təsir edir.



2. Kifayyət qədər yatın və dincəlin, havada olun. Bu çox vacibdir.



3. Stress vəziyyətlərindən uzaq olun. Əgər qadın daim stress
vəziyyətlərində olursa, bu halda onda menstrual dövr pozula bilər
(menstruasiyalar geyri-müntəzəm olur, ovulyasiya baş vermir). Kişilərdə
isə uzunmüddətli streslər nəticəsində hətta impotensiya inkişaf edə
bilər.



Əgər hətta bütün lazım olan müayinə və analizlərdən keçdikdən, bir neçə
kurs müalicə aldıqdan sonra arzuladığınız hamiləlik baş tutmursa, ruhdan
düşməyin, hamiləlik haqqında fikirləri özününüzdən uzaqlaşdırın,
həyatınızı davam edin. Bir çox ailə cütlükləri təsdiq edə bilərlər ki,
hamiləlik məhz bu haqda artıq fikirləşmədikdə, sonsuzluqla tam
barışdıqda baş tutub.



4. Həkimlər qadınlara cinsi əlaqədən sonra 10-15 dəqiqə ərzində uzanmaq
və 2-3 saat ərzində duş qəbul etməmək və uşaqlıq yolunu yumamaq məsləhət
görürlər. Bu halda spermatozoidlərin daha çox hissəsi uşaqlığın
boşluğuna çata bilər ki, bunun nəticəsində hamiləliyin ehtimalı da
artır.



Cinsi əlaqədən sonra uşaqlıq yolunu "sprinsovka", duş və s. vasitələrlə
dərin yumaq olmaz. Bu halda cinsi əlaqə zamanı vaginaya düşən
spermatozoidlər mexaniki olaraq buradan yuyulur və nəticədə qadının
hamilə qalmaq şansı da azalır. Üstəlik belə dərin yuyunmalar nəticəsində
uşaqlığın normal mikroflorası da pozulur ki, bu müxtəlif qadın
cinsiyyət sistemi xəstəlikləri və pozulmaları üçün çox "əlverişli"
şərait yaradır. Uşaqlıq yolu özü özünü təmizləyən bir orqandır. Əlavə
"təmizkarlıq" burada artıqdır və hətta ziyanlıdır.



5. Qadın yalnız ovulyasiyadan (yumurtalıqdan yumurta hüceyrəsi çıxdığı
anı) sonra hamilə qala bilər. Yumurta hüceyrəsi ovulyasiyadan sonra
təxminən 24 saat ərzində yaşaya bilər. Spermatozoidlər isə qadın
cinsiyyət yollarında 3 (hətta 5) günə kimi öz mayalanma qabiliyyətini
itirmədən qala bilirlər. Beləliklə, ovulyasiyadan 1-3 gün əvvəl və
ovulyasiya günü cinsi əlaqədə olan qadının hamilə qalmaq ehtimalı yüksək
olur. Ovulyasiyanı dəqiq təyin etmək üçün müxtəlif üsullar var - xüsusi
ovulyasiya testləri, bazal hərarətinin ölçülməsi, USM
(follikulometriya).



Lakin ovulyasiya gününü dəqiq təyin edə bilməyən qadınlara həkimlər belə
məsləhət verir - menstrual dövrünün təxminən 9-cu günündən 18-ci gününə
qədər (menstruasiyanın 1-ci günündən sayılır) bir gündənbir cinsi
əlaqədə olmaq.



6. Həkimlər kişilərə isti və soyuq prosedurlardan (məsələn, soyuq suda
şimmək, saunaya getmək, isti vanna qəbul etmək və s.) çəkinmək, ağır
fiziki yükləmələrdən (idman və s.) uzaq olmaq məsləhət görürlər ki, bu
kişilərdə spermanın göstəricilərinə mənfi təsir edir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!