Hansı döşlərdə süd olmur?

Hansı döşlərdə süd olmur?
Hamiləlik
10.09.2017 15
Hər bir qadın fərqli oluğu kimi döşlər və gilələr də formasına, ölçüsünə, rənginə görə qadından qadına fərqli ola bilir.



İstənilən döş istər iri istər kiçik, istər elastiki istər sallaq döşlər
körpənin tam ehtiyaclarını ödəyə biləcək miqdarda süd istehsal edir.
Gilənin uzun və ya qısalığından, areolanın rəngindən və genişliyindən
asılı olmayaraq sağlam analarda əmizdirmə problemləri olmamalıdır.



Müəyyən mənada yastı və ya çevrilmiş gilələr əmizdirmədə cüzi
çətinliklər yarada bilək ki, onları da mütəxəssislərlə birlikdə çözmək
kifayət qədər mümkündür.



Bir sözlə fiziki görünüşündən asılı olmayaraq dünyada yaşayan 98% qadınlar süd istehsal etmək qabiliyyətindədirlər.



Bütün nikbin statistikaya rəğmən həqiqətən də bəzi qadınlar döşlərində
olan patologiya ilə əlaqədar ana südü istehsal etmək qabiliyyətindən
məhrumdurlar.



Hipoplaziya – faktiki olaraq yalnız areoladan və gilədən ibarət
olan, ifrat dərəcədə kiçik döşlərə malik olan qadınlar hətta düzgün
təşkil olunmuş əmizdirmə zamanı südün azlığından əziyyət çəkirlər.
Hipoplaziya dedikdə, qadınlarda döş vəzlərinin natamam inkişafı nəzərdə
tutulur. Hipoplaziya diaqnozunu əminliklə ultra səs müayinəsi zamanı
təyin etmək olar. Həmçinin qadınlarda döşlərin bir-birindən kəskin
şəkildə uzaq olması da hipoplaziyanın əlamətlərindən biri ola bilər.
 Kəskin assimmetriya – Qadınlar arasında bir döşün digərinə
nisbətən daha böyük və ya balaca olmasına rast gəlmək normal haldır.
Lakin bəzi qadınlarda bu ölçü fərqi kəskin şəkildədir. Nisbətdə kiçik
olan döş adətən kifayət qədər süd vəzlərinə malik deyil və bu səbəbdən
həmin döşlərdə daha az süd istehsalı müşahidə olunur. Lakin hətta bu
halda analar hər iki döşlə əmizdirməyi davam edə bilərlər.



Bəzən daha sağlam olan döş hər iki döşün vəzifəsini öz üzərinə
götürərək kifayət edəcək miqdarda süd istehsal edir. Eyni prinsip döş
xərçəngi nəticəsində bir döşündən məhrum olmuş qadınlara da özünü
göstərir. Bu o deməkdir ki, "tələb və təklif”dən asılı olaraq, bədən bir
döşün vasitəsilə körpənin ana südünə olan bütün ehtiyaclarını təmin
etməyə çalışır.
 Müəllif: Səltənət Zülfüqarova



Əmizdirmə məsləhətçisскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!