Rahat doğuşun sirri

Rahat doğuşun sirri
Hamiləlik
10.09.2017 9
Doğuş 3 mərhələdən ibarətdir.

Yeni doğulan körpəDoğuşun birinci mərhələsi ən uzun və ağrılı mərhələdir. Birinci mərhələdə qadının bədəninin, uşaqlıq yollarının doğuşa hazırlıq prosesi gedir. Dözümlü və səbrli olun, bilin ki, siz gücünüzü ikinci mərhələyə–sizdən fiziki güc tələb edən mərhələyə saxlamalısınız. Fikrinizi cəmləyin, fantaziyanızı işə salın, təsəvvür edin ki, hər sancı gələndə siz balanıza kömək edirsiniz.

Ağrını azaltmaq üçün qarnınızı sığallayın, əlinizi ortadan yanlara doğru çəkin.

Dərindən, bir az daha sürətlə nəfəs alın. Sancı başlayanda dərindən nəfəs alın və sayın: bir, iki, üç—ağrı artır, dörd, beş—dözülməz olur, altı, yeddi-nəfəsinizi verin, ağrı azalır. Qəribə olsa da, bir dəqiqədən sonra əvvəlki ağrıdan əsər-əlamət qalmır və siz bu bir neçə dəqiqədən istifadə edib, dincələ bilərsiniz.

Qışqırıb səs-küy salmaqla, ya da otaqda o yan-bu yana qaçmaqla həm özünüzü, həm də tibbi heyəti yorarsınız. Həkiminizi hövsələdən çıxarmayın, siz bu həkimi seçmisinizsə, bu an hər şey bu həkimdən asılıdır, ona etibar edin. Çalışın sizə rahat olan yerdə, sizə rahat olan vəziyyətdə uzanın. Dölün hansı vəziyyətdə olduğunu həkimdən soruşun, bundan sonra ya sağ yanınız, ya sol yanınız üzərində uzana, ya da yavaş-yavaş gəzə bilərsiniz.

Doğuşun ikinci mərhələsi uşaqlığın boynu tam açılanda və yumşalanda başlayır. Ananı doğuş stoluna çıxarırlar. Stolda ayaqlarınızı rahat qoyun, narahatlıq varsa, həkimə deyin. Bu mərhələdə sancılara doğuş ağrısı əlavə olur–ana özündən asılı olmadan gücənir. Gücəndikcə siz doğuşu sürətləndirir, uşağın çıxmasını asanlaşdırırsınız.

Doğulan körpəMəhz bu mərhələdə siz bütün gücünüzdən istifadə etməlisiniz ki, balanız qarşısına çıxan "ilk maneələrin” öhdəsindən gəlsin. Yaxşı olar ki, hər sancıdan sonra 3 dəfə güc verəsiniz. Dərindən nəfəs alın, nəfəsinizi saxlayın və var qüvvənizlə gücənin. Sonra nəfəsinizi yavaş-yavaş verin. Bunu 3 dəfə edin. Sonra özünüzü boşaldın, sancı gələndə eyni şeyi təkrar edin.

Nəfəsinizi qəfildən verməyin, nəfəsi yavaş-yavaş buraxmaq üçün dodaqlarınızı bərk-bərk sıxın. Sancılar gələndə qışqırmağın xeyri yoxdur. Çox istəyirsinizsə, sancıdan sonra qışqıra bilərsiniz. Gücü verəndə diqqətli olun, üz-gözünüzə yox, qarnınızın aşağı hissəsinə güc verin.

Doğuş zamanı özünüzdən asılı olmadan altınızı batıra bilərsiniz. Utanmayın! Doğum evində siz kimsəni nə qorxudası, nə də təəccübləndirəsisiniz. Altınızı batırırsınızsa, deməli, güc verə bilirsiniz və balanızın doğulmağına lap az qalıb. İndi xüsusi bezlərdən istifadə olunur. Kiminsə sizin altınızı təmizləyəcəyi barədə düşünməyin.

Doğuş vaxtı həkim və tibb bacılarının dediklərinə əməl edin. Onlara qulaq asmaq çətin olsa da, lazımdır. Bəzən həkim tələb edir ki, bir neçə dəqiqəliyə güc verməyəsiniz. Özünüzü gücənməkdən saxlaya bilmirsinizsə, səthi–"it kimi” nəfəs alın (itin ləhləməyini xatırlayın).

ushagi doshe tez tutmaliDoğuşun üçüncü mərhələsi. Bir az da güc verəndən sonra siz bir yüngüllük hiss edirsiniz və nəhayət, ilk dəfə olaraq, balanızın səsini eşidirsiniz! Bu da zəhmətinizin bəhrəsi! Ən şirin pay!

Siz işinizi bitirmisiniz, amma həkimlərin işi qurtarmayıb. Bir dəstə həkim uşaqla, bir dəstə isə sizinlə məşğul olacaq. Onlar ciftin doğulmasını gözləməli, sonra sizin orqanlarınızı—doğuş yollarını nəzərdən keçirməlidirlər. Amma siz bunları yəqin ki, hiss etməyəcəksiniz, axı qarşınızda bapbalaca, çəhrayı rəngli, yağ kimi parıldayan çağa var.

Doğuşdan sonra ciddi probleminiz olmasa, çağanızı döşünüzə yaxın tutmalarını tələb edin! Bu, ən əvvəl sizin xeyrinizədir. Hansı hissləri keçirəcəyinizi təsvir etmək mümkün deyil. Əsas odur ki, uşağa oradaca döş verəndə süd ifrazatı yaxşılaşır, uşaqlıq aktivləşir və qanaxma azalır.

Çağa ömrünün ilk saatlarında "süd ağzını” (süddən əvvəl gələn sarı maye) dadsa, daha möhkəm və daha sağlam olar.

Xəbəriniz olsun ki, elə ilk saatlarda körpənizi peyvənd edəcəklər.

Doğandan sonra uzanmaq məsləhətdir. Siz xeyli güc sərf etmisiniz. Orqanizminizin dincəlməyə ehtiyacı var.

İndi yaxınlarınıza zəng edə, sevincinizi bölüşə bilərsiniz. Bu sevincin əvəzi yoxdur.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!