Hamilə qadınların ultrasəslə müayinəsi

Hamilə qadınların ultrasəslə müayinəsi
Hamiləlik
10.09.2017 26
Hamiləliyin ultrasəslə müayinə (USM) metodları hamiləliyin 5-ci həftəsindən etibarən dölün ürək döyünmələrinə və 6-7-ci həftəsindən etibarən isə döl yumurtası təsvirinin müəyyən edilməsinə əsaslanır.

 

Hamilələrin ultrasəslə müayinəsi (USM) aşağıdakıları müəyyən etməyə imkan verir:

- hamiləliyin ilkin dövrlərini;

- dölün fiziki vəziyyətini və inkişafını;

- uşaqlıqdankənar hamiləliyi;

- ciftin (plasenta) birləşdiyi nahiyyəni;

- çoxdöllülüyü;

- hamiləliyin müddətini və doğuş gününü;

- dölün cinsini (hamiləliyin 16-cı həftəsində), çəkisini və ölçülərini.

Xüsusi göstərişlər yoxdursa, hamilələrin ultrasəslə müayinəsi 3 dəfəyə qədər və hamiləliyin 10 həftəliyindən sonra aparılır.

Həkimlərin ümumi rəyinə görə, USM uşağa mənfi təsir etmir. Əksinə məhz USM köməkliyi ilə uşaqda olan ciddi patoloqiyaları, inkişafın dayanmasını, plasenta ilə problemləri, uşaqlıqdankənar hamiləliyi və s. halları aşkar etmək olur. Buna görə analar USM-dən qorxmamalı və lazım olduqda bu müayinədən keçməlidirlər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!