Hamilə qadın saçını boyaya bilərmi?

Hamilə qadın saçını boyaya bilərmi?
Hamiləlik
10.09.2017 55






Çox xanımlarımızı düşündürən aktual məsələlərdən biri hamiləlik dövründə saça boyanın qoyulmasıdır.



Çox xanımlarımızı düşündürən aktual məsələlərdən biri hamiləlik dövründə saça boyanın qoyulmasıdır. Həqiqətən əksər qadınlar maksimum dərəcədə bundan qaçırlar. Bəs görəsən, hamiləlik dövründə saçları boyamaq nə dərəcədə ziyandır? Dünyaya gələcək körpənin həyatına bir təhlükə varmı?

Əziz xanımlarımız, hamiləlikdə saç rəngləmək uşağa zərər verməz. Mütəxəssislərin fikirlərinə görə, boyanın içindəki kimyəvi maddələrin də uşağa zərəri yoxdur. Bu məlumatların nə dərəcədə düzgün olduğunu yoxlamaq üçün "Modern Hospital” Klinikasının həkim-ginekoloqu Marina Strikum ilə əlaqə saxladıq. O da eynilə hamiləlik dövründə saç boyamağın təhlükəli olmadığını söylədi. Lakin ginekoloq xanımlara amyaksız boyalardan istifadəni məsləhət gördü. Bəli, qadın hamiləykən saçlarını boyaya bilər, heç bir problem olmaz. Ümumiyyətlə, hamiləlikdə təbii olan bitki mənşəli boyalar seçilməlidir. Həkimlər də ilk 3 aydan sonra saç rəngləmənin təhlükəli olmayacağını söyləyirlər. Amma siz bu kimi düşüncələrdəsinizsə, həm boyatmağı istəyir, həm də qərarsız qalırsınızsa, yalnız 9 ay gözləməli olacaqsınız. Hər halda dünyanın ən gözəl analarından olacaqsınız. Saç boyamağa ehtiyac duya bilərsiniz. Bu ən günahsız, ən təbii hallarınızdır. Bundan daha təbii nə ola bilər? Əgər tünd saç rənginiz var və planlı bir hamiləlik olacaqsa, mütləq saçınızı köhnə halına gətirin və doğumu gözləyin, daha sonra istədiyiniz dəyişikliyi edərsiniz. Doğumdan bir neçə ay sonra xanımlar onsuz da köklü bir dəyişmə etmək istəyirlər.
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!