Yalançı hamiləlik

Yalançı hamiləlik
Hamiləlik
10.09.2017 15
Yalançı hamiləlik (və ya psevdohamiləlik) kifayyət qədər nadir psixiki-fiziolioji vəziyyətdir.

Hamilə olmayan qadın birdən-birə özünü hamilə kimi hiss etməyə başlayır -
menstruasiyalar kəsilir, süd vəziləri böyüyür, səhərlər ürəkbulanması
olur, qadının əhval-ruhiyyəsi tez-tez dəyişilir, qadın tez yorulur və s.
Qadının qarnı böyüməyə başlayır. Bəzi qadınlar hətta dölün tərpənməsini
"hiss edirlər". Nəzərə almaq lazımdır ki, psevdohamilə qadın heç kimi
aldatmır, hiylə etmir, o, həqiqətən hamiləliyi hiss edir və yaşayır.



Bu vaxta kimi tibbdə bu vəziyyətin səbəbi aşkar olunmayıb. Həkimlər
bunu psixiki pozulma kimi qiymətləndirir, lakin psevdohamilə qadının
orqanizmində olan fizioloji dəyişiklikləri tibb nöqteyi-nəzərdən izah
edə bilmirlər.



Psevdohamiləliyi həmçinin "isteriyalı hamiləlik" adlandırırlar. Belə
hamiləlik güclü emosional həyəcanlar və ya psixi sarsılmalar yaşayan çox
həssas qadınlarda müşahidə olunur. Bir çox hallarda psevdohamiləlik 35
yaşından yuxarı olan sonsuz qadınlarda müşahidə olunur. Hər bir konkret
halda səbəblər müxtəlif ola bilər:



- qadın inanır ki, hamiləlik onun ailəsini dağılmaqdan saxlayacaq,



- qadın illər ərzində sonsuzluqdan müalicə alır, lakin lazım olan nəticə əldə olunmur,



- qadın faciəli şəkildə uşaq itirib,



- qadın menopauza dövrünə yaxınlaşır, lakin onun uşağı yoxdur,



- qadının bacısı və ya yaxın rəfiqəsi hamilədir və bu ona çox güclü emosional təsir edib.



Psevdohamiləlik həmçinin uşaq istəməyən və ya hamiləlikdən və doğuşdan
dəhşətli dərəcədə qorxan qadınlarda müşahidə oluna bilər.



Lakin bəzən belə hamiləliyin səbəbi hormonal pozulmalar və ya kiçik çanaq şişləri ola bilər.



Bəzən psevdohamiləlik zamanı hamiləlik testi müsbət nəticə göstərir,
əksər hallarda isə nəticə mənfi olur. Psevdohamiləliyin diaqnozu USM-i
nəticəsində qoyulur - qadında hamiləliyə xas olan əlamətlər (uşaqlıqda
dölün olması və s.) aşkar olunmur. Əksər hallarda bu diaqnoz qadına çox
ağır təsir edir. Bir çox hallarda həkimin izahatı və yaxınların qayğısı
və psixoloji köməyi qadına bu vəziyyətdən çıxmağa kömək edir. Tədricən
"hamiləliyin" simptomları da yox olur. Qadına psixoterapevtin köməyi də
lazım ola bilər.



Lakin bəzi qadınlar diaqnoza inanmır, həkimin dediklərini dərk etmək
istəmir, ətrafdakılara qulaq asmır, özünü qeyri-normal aparır. Bu halda
qadına psixiatrın köməyi lazım olur. Psixiatr qadına xüsusi müalicə
təyin edir.



Bəzən psevdohamiləlik şizofreniya (psixi xəstəlik) fonunda qadınlarda və hətta kişilərdə müşahidə olunur.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!