Hamiləliyə hazırlıq – çox vacib mərhələdir

Hamiləliyə hazırlıq – çox vacib mərhələdir
Hamiləlik
10.09.2017 11
Hamiləlik zamanı baş verə biləcək fəsadların və müxtəlif inkişaf
qüsurları ilə doğula biləcək uşaqların sayını mümkün qədər azaltmaq üçün
hamiləliyə əvvəlcədən hazırlaşmaq lazımdır. Bu hər 2 iştirakçı tərəfə,
yəni qadın və kişiyə aiddir.

Tərəflər ilk növbədə qan qrupu və rezus-faktorlarını müəyyən etməlidirlər.



Belə ki, qadının qanı rezus-mənfi, kişinin qanı rezus-müsbət olarsa,
hamiləlik zamanı rezus-konflikt baş verməsi müayinəsi ilə müəyyən etmək
tələb olunur. Belə ki, əgər qadin hamiləiyə qədər süni uşaqsalma,
cərrahi əməliyyatına məruz qalıbsa, ona qan köçürülübsə və ya hamiləlik
1-ci deyilsə, onun qanında xüsusi rezus-anticisimlərin
(əks-cisimciklərin) əmələ gəlmə ehtimalı olur.



Hamiləlikdən qabaq qadın və kişinin QİÇS, hepatit B və C, sifilis,
xlamidioz, toksoplazmoz, mikoplazmoz, sitomeqalovirus, herpes (I və II
tip sadə herpes virusları), məxmərək və digər infeksion və virus
xəstəliklərinin laborator müayinəsindən keçmələri də məsləhət görulur.
Müayinələrin nəticələri həkimə təqdim edildikdən sonra, tələbat olduğu
halda, hamiləliyə qədər olan müddət ərzində müalicə kursu almaq və
peyvəndlərin (missal üçün, məxmərəyə, B hepatitə qarşı) olunması lazım
ola bilər.



Son zamanlar yeni doğulmuşlarda anadangəlmə xəstəliklər və qüsurların
artmasını nəzərə alaraq tərəflərdən birində irsi xəstəliklərin olması və
ya ailədə doğulmuş uşaqlardan heç olmasa birində anadangəlmə qüsurun
olması faktı varsa, bu zaman mütləq həkim-genetikin baxış məsləhəti
vacib sayılır. 30-35 yaşından sonra hamilə olan qadınlara da
həkim-genetikin baxışı məsləhətdir.



Nəzərdə tutulan hamiləlikdən 2-3 ay əvvəl gələcək ana və ata tərəfindən
tərkibində fol turşusu olmaqla polivitaminlər qəbul edilməsi
məsləhətdir. Hamiləlik baş verdikdən sonra ana tərkibində fol turşusu
olan polivitaminlərin qəbul edilməsini davam edir. B qrup vitaminləri və
fol turşusu dölün normal inkişafına kömək edir.



Hamiləlikdən qabaq hamiləlik və doğuş zamanı üzərinə daha çox ağırlıq
düşən orqanların (ürək, böyrəklər, qara ciyər, sinir və endokrin
sistemi) tam müayinəsini keçmək, qanın müvafiq müayinələrini etmək
lazımdır. Əgər sizdə hər hansı bir xroniki xəstəlik varsa, nəzərdə
tutulan hamiləlikdən əvvəl bu haqda mütləq müalicə həkiminizə məlumat
verin (lazım gəldikdə hamiləlikdən qabaq müvafiq müalicə kursu alın!).



Hamiləliyə hazırlaşarkən gələcək ana həkim mama-ginekoloqda müayinədən
keçməli, kiçik çanaq orqanlarının USM-ni etməli, hormonal sistemini
yoxlamalıdır. Gələcək ata isə həkim-androloq və uroloq (kəskin və ya
xroniki prostatitə görə) tərəfindən müayinə olunmalıdır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!