Doğuş zamanı ölüm

Doğuş zamanı ölüm
Hamiləlik
10.09.2017 21
Hal-hazırda televiziya və internet mənbələrindən biz tez-tez doğuş zamanı ölüm halları haqqında məlumatlar alırıq.

Əksər hallarda ölən qadınların qohumları, təbii ki, həkimləri günahlandırır. Bəli, həkimin səhvi qadının doğuş zamanı ölümünə səbəb ola bilər, lakin ölümün səbəbi digər amillərlə də bağlı ola bilər.

Beləliklə, doğuş zamanı qadının ölüm səbəbi nə ola bilər?

- Əsas səbəb qadınlarda olan somatik xəstəliklərdir. Bu xəstəliklərin arasında: hipertoniya, ağır şəkərli diabet, ağır ürək-damar, ağ ciyər, böyrək, beyin və s. xəstəlikləri. Hamiləlik qadın orqanizmi üçün çox ciddi yükləmədir. Sağlam qadının orqanizmi bu yükləmənin öhdəsindən gəlir. Lakin xəstə qadının orqanizmi buna dözməyə bilər ki, nəticədə qadın hamiləlik, doğuş zamanı və ya doğuşdan sonra ölə bilər.

- Digər səbəb - qanaxmalardır. Qanaxma həm doğuş zamanı, həm də doğuşdan sonra inkişaf edə bilər. Doğuşdan sonra inkişaf etmiş qanaxma qadını az bir müddət ərzində öldürə bilər. Qanaxmanı digər üsullarla dayandırmaq mümkün olmadıqda, uşaqlıq cərrahi yolu ilə xaric oluna bilər.

Doğuşdan sonra evə yazılmış qadın öz vəziyyətinə qarşı çox diqqətli olmalı və qanaxmanın artmasını hiss etdikdə dərhal həkimə müraciət etməlidir.

- Sepsis doğuş zamanı ölümün digər səbəbidir. Sepsis zamanı qana təhlükəli mikroblar düşür ki, bunun nəticəsində qadın həlak ola bilər. Təbii ki, bu ev şəraitində doğan qadınlar üçün daha aktualdır. Müasir doğum evlərində və klinikalarda lazım olan sterillik təmin olunur.

- Gecikmiş toksikoz (hestoz) çox ağır hamiləlik patologiyasıdır. Hestoz zamanı bir çox orqanlarda (ürək, beyin, böyrəklər, qara ciyər və s.) ciddi pozulmalar yaranır ki, bu pozulmalar hamiləlik zamanı, doğuş zamanı və doğuşdan sonra qadının ölümünə səbəb ola bilər. Hestoz tam sağlam qadınlarda inkişaf edə bilər. Hestoz zamanı qadın orqanizmində olan bütün damarların spazmı inkişaf edir. Bu spazm nəticəsində qan orqanizmin orqan və sistemlərinə oksigeni və qidalı maddələri normal miqdarlarda çatdıra bilmir və bu müxtəlif və çox ciddi pozulmalara (böyrək çatışmazlığı, insult və s.) səbəb olur. Məhz bu səbəbdən qadın hamiləlik zamanı daim həkimlərin nəzarətində olmalı və hestoza ilk şübhələr yarandıqda lazım olan müalicə almalıdır.

- Emboliya. Bu ağır fəsadı proqnozlaşdırmaq olduqca çətindir. Emboliya zamanı dölyanı maye qana düşərək ürəyə çata bilər ki, bunun nəticəsində ürəyin damarlarında güclü spazm, damarın tutulması kimi hallar yaranır. Bu isə bir çox hallarda ölümə səbəb olur. Dölyanı maye qana qeysəriyyə kəsiyi əməliyyatı zamanı, hamiləlik və ya doğuş zamanı uşaqlığın yırtılması nəticəsində, dölyanı qişaların patologiyaları zamanı düşə bilər. Xoşbəxtlikdən, bu çox nadir patologiyadır.

- Narkoz. Qeysəriyyə kəsiyi əməliyyatı zamanı istifadə olunan anesteziya qadının ölümünə səbəb ola bilər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!