Hamilə olduğunuzu söyləmənin əyləncəli yolları

Hamilə olduğunuzu söyləmənin əyləncəli yolları
Hamiləlik
10.09.2017 10
Hamilə olduğunuza əmin olduqda bunu ilk söyləyəcəyiniz adam, böyük ehtimalla, yoldaşınız olar. Gələk, həyatınızdakı digər əhəmiyyətli insanlara ... Ailəniz və dostlara ... Həyatınızın bu ən xüsusi xəbərlərindən birini eşitdirərkən bir az yaradıcı olmağa nə deyirsiniz? Biz sizə hamilə olduğunuzu yaxınlarınıza açıqlayarkən seçə bilcəyiniz əyləncəli yolları bir araya gətirdik. Daha çoxu, sizin yaradıcılığınıza qalmışdır .

Körpə yeməyi edin. Ailənizi və ya yoldaşlarınızı axşam yeməyinə dəvət edin. Amma bu, onların gözləməyəcəyi kimi, körpə mövzulu bir yemək olsun. Körpə şəklində peçenyelər, "mama" şəklində hazırlanmış yeməklər təqdim edin onlara. Sonra da qonaqların, onlara izah etmək istədiyiniz mövzunu anlayıb anlamadıqlarını izləyin. Bir məna verməsələr, bir şey söyləmədən yenə düşünmələrini gözləyin.

 

Açıqlamanızı bir az ciddi planda ifadə edin. Bütün ailəni bir araya gətirin. Sonra hamınız birlikdə foto çəkdirəcəyinizi söyləyin. Fotoaparatı hazırlayın və hər kəs mövqe seçərkən siz danışmağa başlayın. Onlar sizin "Diqqət!!!Çəkirəm" - deyə, səslənmənizi gözləyərkən siz, "Hər kəs üzünə bir körpə təbəssümü gətirsun!" deyyin! Qoy hər kəsin ilk reaksiyası fotoşəkildə həkk olunsun, əbədiləşsin. Nə deyirsiniz, çox əyləncəli və çox yaradıcı, deyilmi?

Hər kəsə xüsusi köynək tapşırın. Evə dəvət etdiyiniz ailə fərdləri üçün "nənə", "baba", "dayı" kimi yazıların olduğu köynəklər hazırladın. Hər kəs bir araya gəldiyində onlara hədiyyə paketlərini verin. Hər kəs pakedini açdığında, sayənizdə qazandığı unvanla taniış olsun.. Üz ifadələrini yaddaşlara köçürmək üçün kameranı hazır tutun.

 

Körpənin ilk fotoşəkilini göndərin. Üz-üzə açıqlaya bilmirsinizsə , məsələn, müxtəlif şəhərlərdə və ya ölkələrdə tapılırsınızsa, hamilə olduğunuzu mail yoluyla söyləyə bilərsiniz. Amma bunu daha əyləncəli hala gətirmək üçün körpənizin ilk ultrason görünüşünü də mailə əlavə, körpənizin ağızından gələcəyə dair not yaza bilərsiniz. Mail qutusunu açacaq adamın həyəcanını təxmin edə bilirsinizmi?

 

Lazımdırsa şərh coşğusunu azaldın! Hamiləliyiniz ailəniz tərəfindən gözlənilməyən və ya istənməyən bir hamiləliksə, açıqlayarkən emosiyasınızı özünüzə saxlamanız daha xeyirli ola bilər. Hanı həmişə fotoaparatı və kameranı hazır dedik ya, bu dəfə bundan imtina edin. Çünki illərcə hüznlü üzlər albomunuza daşımaq məcburiyyətində qalmazsınız beləcə. Emosiyalarınızı yoldaşınızla birlikdə yaşamağı üstün edin.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!