Hamiləlik (2-ci həftə)

Hamiləlik (2-ci həftə)
Hamiləlik
10.09.2017 31
Ana namizədinin yumurtalıqlarında yumurta hüceyrəsinin inkişafı davam edir. Bu zaman endometrium adı verilən uşaqlıq divarı də qalınlaşmağa başlayır. Bu qalınlaşmanın məqsədi mayalanma baş verdikdən sonra yaranan embrionun uşaqlıq divarına rahatlıqla yapışmasını təmin etməkdir. Yeni inkişaf edəcək olan canlının ehtiyaclarını qarşılamaq üçün bədənin bu qisimində qan artar. Bu həftənin sonunda inkişaf edən dominant follikul partlaması nəticəsində yetişmiş yumurta hüceyrəsi yumurtalıqdan atılar. Bir menstruasiya dövründə qadında adətən 1 dominant follikul yetişir və partlayır. Müxtəlif yumurta əkizlərində və üçüzlərdə bundan fərqli olaraq tək bir yumurta hüceyrə deyil, birdən çox yumurta hüceyrə yetişər. Bu yumurta hüceyrələrin hamısı mayalanarsa, hamısı döllənərsə çoxdöllü hamiləlik yaranar.

 

Bu sırada milyonlarla spermatozoid uşaqlıq yolundan uşaqlıq boşluğuna və uşaqlıq borularına doğru hərəkət edir. Borunun ən uc qisimində fırçaya bənzər bir qabarıqlıq var. Gələn spermatozoidlərin təxminən 300-ə qədəri burada saxlanılır və bunlardan 1 dənəsi yumurta hüceyrənin xarici qişasına yapışar. Spermatozoidin baş qismində , yumurta hüceyrənin xarici qişasını əridərək spermatozoidin yumurta hüceyrənin daxilinə girməsini təmin edən fermentlər ifraz olunur.

 

Folikulun partlamasından sonra mayalanma baş verərsə mayalanmış yumurta hüceyrə təxminən bir həftə davam edən uzun bir səfərə başlayır. Belə ki, mayalanmış yumurta hüceyrəsi sürətlə şəkil və məzmun dəyişdirir. Həyat yoldaşlarının hər ikisindən də gələn xromosomlar qadının yumurta hüceyrəsi içində birləşib, sürətlə bölünüb çoxalaraq bir hüceyrə toplusu meydana gətirir. Mayalnmış yumurta hüceyrə bölünməyə başlayır. 2, 4, 8 hüceyrə şəklində bölünmələrə davam edən yumurta hüceyrəsi uşaqlıq borusundan uşaqlıq boşluğuna çatdıqda 32 hüceyrəli olur. Ovulyasiya dövründə qorunmadan cinsi əlaqədə olmusunuzsa hamilə qalma ehtimalınız yüksəkdir. Bu dövrdə hələ menstruasiyanın gecikməsi müşahidə olunmaz.

 

Həyat yoldaşınızın X xromosomu daşıyan spermatozoidi yumurta hüceyrənizi mayalayarsa uşağınız qız, Y xromosomlu spermatozid mayalayarsa oğlunuz olacaq. Yəni cinsiyyət mayalanma əsnasında təyin olunur və körpənin cinsiyyətini atanın spermatozoidləri təyin edir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!