Hamiləliyin aybaay gedişatı (1-ci ay)

Hamiləliyin aybaay gedişatı (1-ci ay)
Hamiləlik
10.09.2017 44
Hər bir qızın arzusudur ki, sevib-sevilsin, vüsala yetsin- gəlin köçsün. Hər bir qızın arzusudur ki, dünyaya körpə gətirsin, ana olsun. Ana olmaq, öz körpəsinə analıq sevgisi və şəfqəti bəxş etmək şərəfli və məsuliyyətli bir qayğıdır. Müşahidələr göstərir ki, ailə qurmağa hazırlaşan qızlarımız, eləcə də gənc analar bəzən məlumatsızlıqdan əziyyət çəkirlər. Bu problemin yaranmasının bir səbəbi də qızlarımızın utancaqlıq keçirməsi, bu kimi məsələlərlə maraqlanarlarsa, digərlərinin qınağına tuş gələcəyini düşünmələridir. Belə yanaşma, təbii ki, yanlışdır. Bu, bizim həyatımızdır və bunları öyrənmək bizim borcumuzdur.

Burada söhbət təkcə körpənin sağlamlığından gedə bilməz. Əbəs yerə deməyiblər ki, sağlam ana sağlam körpə deməkdir. Odur ki, ana olmağa hazırlaşan qızlarımız analığa qədər bunları bilməli, öyrənməlidirlər. Bütün bunları düçünərək saytımız "Ana və körpə dostu" devizi ilə maarifləndirici yazılar dərc etməyi qərara almışdır. Biz bu işimizdə ixtisaslı həkim və psixoloqların köməyinə də ümid edirik. Vaxtaşırı onların da faydalı məsləhətlərini sizə təqdim edəcəyik. Sizi maraqlandıran hər bir məsələ ilə bağlı bizə müracət edə bilərsiniz. Biz onları mütəxəssis cavablandırmaları ilə sizə təqdim edəcəyik. İlk yazımız hamiləliyin ilk aylarında gedən proses və dəyişilmərlə bağlıdır.



Hamiləliyin birinci ayı

Hamiləliyin ilk ayında gənc ailələr hamiləlik ehtimalı ilə həkimə müraciət edirlər. Amma hamiləlik hələlik başlamadığını bildukdə böyük həyəcan və təşviş keçirirlər. Bu səbəblə bu ilk ayda edilən müayinədə əvvəlcə hamiləliyin qəti olaraq olub- olmadığı ultrasəs və ya hamiləlik testləri ilə müəyyən edilir. Hamiləlik varsa, sıradakı ən əsas əlamət ürək döyüntüsünün olmasıdır. Ürək döyüntüsü hamiləliyin ilkin həftəsində meydana gəlməz, təxminən 5-6 həftə ətrafında (aybaşı olma vaxtından 10-15 gün sonra) görülə bilər. Bu ilk ayda bəzən hamiləlik göründüyü və inkişaf etdiyi halda da körpə formalaşmaz. Buna "boş hamiləlik " də deyirlər. Bu ayda ailə körpənin vəziyyətini və sağlamlığını diqqədə saxlayarlar, ancaq hələ hamiləlik çox kiçik olduğu üçün bu dövrdə körpənin canlı olması və bir çox xüsusiyyəti qiymətləndirə bilməz, bunun bir qüsuru var- yox deyə, istəkləri doğru da deyildir.Çünki bunlar hamiləliyin ilk dövründə aydın ola bilməz.



İlk hamiləlik müayinəsində edilən əməliyyatlar:

- Genetik, tibbi, hamiləliklə əlaqədar faktorlar baxımından risklər müəyyən edilir.

- Təxmini doğum tarixi hesablanır.

- Ümumi müayinə aparılır.

- Ananın hamiləlik xaricində hər hansı bir sağlamlıq problemi varsa, bunun hamiləliyə təsirləri qiymətləndirilir.

- Laboratoriya testləri həyata keçirilir: ümumi qan təhlili, sidik təhlili, qan qrupu, Rh anticisim daralması (qan uyuşmazlığı üçün), Troid testləri ( TSH ) rubella , toxoplazma , HBS testi ( Hepatit B), HIV ( AIDS) testi məsləhətdir.



Son aybaşı tarixinin ilk günündən hesablanan hamiləlik müddəti 280 gün və ya 40 həftədir. Təxmini doğum tarixi son aybaşı tarixinə 7 gün, əlavə 3 ay geriyə qaytarılaraq hesablana bilər. Bəzən qadınlar son aybaşı tarixini unudarlar, bu vəziyyətdə ultrasəs müayinəindən faydalanaraq hamiləlik tarixi müəyyən edilir.



Hamiləlik əvvəlcə qanda, sonra sidikdə və ən son ultrasəs müayinisində təsdiq edilər. Ancaq hamiləliyin ultrasəs müayinəsində dəqiq olaraq görülməsindən sonra qəti olaraq uşaqlıqda inkişaf edən bir hamiləlikdən danışıla bilər. Çox erkən hamiləliklərdə ( aybaşı vaxtından keçdiyi ilk günlərdə ) testlərdə hamiləlik çıxmasına baxmayaraq, ultrasəs müayinəsində görülə bilməz.



Hamiləliyin ilk həftələrində ağızda çox az bir dad dəyişikliyi, yüngül səhər bulantıları müşahidə edilə bilər. Bu dövrdə, hətta çox az bir qanama da gözlənilə bilər. Ayrıca halsızlıq, həddindən artıq həssaslıq, tez-tez sidiyə çıxma kimi əlamətlər hiss edilə bilər.



Anaya bu ilk müayinədə aşağıdakı məlumatlar verilir:

- Dərman istifadəsi və hamiləliyə zərər verə biləcək dərmanlar

- Siqaret və spirtin körpəyə zərərləri

- Qaçılması lazım olan rentgen və s bu kimi vəziyyətlər

- Hamiləlikdə qidalanma

- Alınması gərəkən vitaminlər : Dəmir xaricindəki bütün tələblər balanslı bir dietlə qarşılana bilər. Ayrıca hamiləliyin ilk aylarında fol turşusu dəstəyi ( 0.4 mg ) çox vacibdir.

- Məşq

- Hamiləlikdə rast gəlinən digər problemlər baxımından məlumat



Aşağıdakı hallarda həkimə ya da ən yaxın tibb müəssisəsinə müraciət edilməlidir:

- Ləkələnmə şəklində vaginal qanama

- Qarında çəkilmə, sıxılma

- Şiddətli başağrısı

- Şiddətli qasıq ağrısı

- Şiddətli ürəkbulanma, qusma

- Yüksək temperatur

- Sidiyə gedərkən yanma

- Sidiyə gedə bilməmək

- Şiddətli qəbizlik



Əziz dostlar, bu xəbərimiz də silsilə şəklində davam edəcək. İnşAllah, gənc ailələr üçün faydası olacaq bir xəbər hazırlamış olarıq.

Hər bir qızımıza, gəlinimizə bu səadət nəsib olsun...скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!