Hamiləliyin aybaay gedişatı (6-cı ay)

Hamiləliyin aybaay gedişatı (6-cı ay)
Hamiləlik
10.09.2017 56
Hamiləliyin altıncı ayı. ( 21-24-cü həftələr arası) Bu ayda körpədə görülən dəyişikliklər:



21 həftəlik hamiləlik: Körpəniz içində üzdüyü mayenin bir qisimini udmağa başlayır və beləcə həzm sisteminin inkişafına köməkçi olur. Ayrıca bu həftədə körpənizin qan hüceyrələri sümük iliyində yaranmağa başlayır. 22 həftəlik hamiləlik: Körpənizin toxunma və dad alma duyğusu inkişafa başlayır. Bunları ultrasəs müayinəsində barmaq əmməsi, ya da bədəninin müxtəlif yerlərinə toxunması şəklində görə bilərsiniz. Oğlan uşaqlarında cinsi orqan qarın içindən aşağıya doğru enməyə başlayır. Qız körpələrdə uşaqlıq və yumurtalıqları yerindədir və vajinası inkişaf etmişdir.



23 həftəlik hamiləlik: Körpənizin ağciyərləri çöldəki həyata istiqamətli hazırlanmağa başlayır. Əgər bu həftədən əvvəl doğularsa, ağciyərlərin iş şansı yoxdur. Eyni zamanda tənəffüs hərəkətinə də başlamışdır. Bu həftədə doğulan körpələr uyğun reanimasiya şərtlərində bəzən yaşaya bilir, ancaq əksəriyyət vaxt ciddi şikəstlik əlaməi ilə doğulur (korluq, zəka geriliyi).



24 həftəlik hamiləlik: Ümumiyyətlə, körpə baş aşağı dayanmağa meyllidir. Bu həftədə doğulan körpələrin təxminən 50%-nin yaşama şansı vardır.



Bu ayda anada görülən dəyişikliklə: - Qan təzyiqi normaldan aşağı səviyyədədir. - Qan yaranması artmışdır. Bu səbəblə bədəndə dəmir ehtiyacı hamilə olmayan qadına görə olduqca yüksəkdir. - Diş ətlərinizdə hamiləliklə bağlı qanamalar ola bilər. - Döş uclarınızdan sarımtıl kiçik damlalar gələ bilər. Bu doğumdan dərhal sonra körpə üçün olduqca qiymətli maddələri yaradan ağız südüdür. - Uşaqlıqda ağrısız sıxılmalar hərdənbir meydana gələ bilər. Ancaq bu həqiqət doğumdakı nizamlı, getdikcə şiddətlənən qarın və bel bölgəsindəki ağrılı sıxılmalar ilə qarışdırılmamalıdır. Əgər sıxılmalar sizi narahat edirsə, xüsusilə ağrılı hala gəlməsi, və ya altı saatdan çox olması vəziyyətində həkiminizə müraciət edin, çünki erkən doğum işarəsi ola bilər!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!