Hamiləliyin aybaay gedişatı (7-ci ay)

Hamiləliyin aybaay gedişatı (7-ci ay)
Hamiləlik
10.09.2017 15
7 aylıq hamiləlik  (25-28- ci həftələr arası )



25-ci həftədə də körpəniz inkişafa davam edəcək. Xüsusilə əlləri böyüyəcək, dırnaqları inkişaf edəcək və yumruq tuta biləcək və əllərini bədəninin fərqli bölgələrini fərq etmək üçün istifadə edə biləcək. Qaşı və kirpikləri meydana gəlməyə başlayacaq, saçları uzanacaq və sıxlaşacaqdır. Körpə hələ qırmızı görünüşdədir, amma hər keçən gün yağ toxuması artır. Körpə doğuma qədər çəki artımına davam edir. Yavaş-yavaş əl və ayaq izləri meydana gəlməyə başlayır.



26-cı həftədə körpənin çəkisi 500 qr ilə 1 kq arasındadır.

 

27-ci həftədə körpə, doğulacaq körpənin miniatür halıdır. Kiçik, incə və daha qırmızıdır. Ağciyərləri, immunitet sistemi və qaraciyəri hələ tam inkişaf etməmişdir. 28-ci həftədə gözlərini açıb bağlamağa başlayır və bu dövrdə nizamlı bir şəkildə yatar və qalxar. Yalnız bu böyüklər və ya yeni doğulmuş bir körpə şəklində deyil. 20-30 dəqiqə yatar və təkrar oyanar. Ana uşağın hərəkətlərini xüsusilə bu dövrün sonunda yaxşıca fərq edər. Xüsusilə oturarkən və yatarkən daha rahat hiss edər. 28-ci həftənin sonunda körpənin boyu təxminən 24 sm, ağırlığı təxminən 1 kilodur. 28-ci həftənin sonunda ananın hamiləliyinin 70%-i bitmişdir. Ananın uşaqlığı göbək ilə döş qəfəsi arasına qədər böyümüşdür, qan təzyiqi əvvəlkinə nisbətən artmışdır. Ana körpə hərəkətlərini xüsusilə ən aktiv olaraq 27-32-ci həftələr arasında hiss edər. Bu dövrdə artan fəaliyyət doğum ağrılarıyla qarışdırıla bilər. Yalancı doğum ağrıları nizamsız, uzun və ya qısa davamlıdır və ümumiyyətlə ana tərəfindən sayıla bilməz. Əsl doğum ağrıları daha güclüdür, uzun müddətlidir və nizamlıdır. Bu ağrılar erkən doğumun işarəsi ola bilər. 1 saatda altıdan çox nizamlı ağrılarınız olarsa, həkiminizə xəbər verməniz lazımdır. Ana təxminən bu dövrdə hər həftəyə 1 kq alır.

 

7-ci ayda ediləcək əhəmiyyətli testlər vardır:



Qlükoza dözümlülük testi anada hamiləlikdə meydana gələ biləcək diabet xəstəliyini göstərmək üçün tətbiq edilir. Bu test 24-28-ci həftələr arasında tətbiq edilir.  Yenə bu dövrdə əhəmiyyətli bir test qan uyuşmazlığı testidir . Əgər ana Rh (-) ata Rh (+) isə bu test tətbiq olunur.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!