Hamiləliyin aybaay gedişatı (9-cu ay)

Hamiləliyin aybaay gedişatı (9-cu ay)
Hamiləlik
10.09.2017 34
Hamiləliyin 9-cu ayı Normal hamiləlik müddəti 9 ay 10 gün , yəni 280 gün sayıla bilər. Doqquzuncu ay 34-38 həftələr arasını tutur və son 10 günlə birlikdə tam 40 həftə hamiləlik müddəti tamamlanır. Amma hər hamiləlik 40-cı həftəyə qədər gözləməz, bir çoxu 38 həftə ətrafında doğular, bəzən də 40 həftəni keçərək 41 həftə ətrafında doğum ola bilər.

 

Bu ayda körpə doğum kanalına girməyə başlayır. Bu səbəblə qarınınız aşağı enər. Bu da mədə yanması, kürək ağrısı kimi şikayətlərinizin azalmasını təmin edər . Bu ayda körpənin yağ toxuması gedərək artar.



Bu ayda doğum sancıları hər an başlaya bilər. Gerçək doğum hərəkətinin ən əhəmiyyətli xüsusiyyəti sıxılmaların nizamlı aralıqlarla gəlməsidir. Əvvəllər daha az ancaq daha sonra gedərək artan sıxlıqda gələn doğum ağrıları başlayır. Gerçək doğum hərəkəti ağrıları istirahət etməklə keçməz. Əgər sıxılmalar müəyyən bir nizama mədaxildirsə və istirahət etməklə keçmirsə, xəstəxanaya getməniz lazımdır.



Qanamanız olduğunda, doğuş suyu gəldiyində, körpə hərəkətlərində azalma hiss etdiyinizdə və ya özünüzdə anormal olan hər hansı bir vəziyyət fərq etdiyinizdə mütləq xəstəxanaya müraciət etməlisiniz.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!