Hamiləlik zamanı ishal

Hamiləlik zamanı ishal
Hamiləlik
10.09.2017 22
Hamiləliyin sonunda qadınların əksəriyyətini qəbizlik narahat edir. Böyümüş uşaqlıq bağırsaqları sıxır ki, nəticədə onların normal fəaliyyətində pozulmalar yaranır.



Bu problem hamiləlik zamanı hətta qəbizliyə meyilli olmayan qadınlarda da inkişaf edə bilər.



Hamiləliyin əvvəlində qadınları daha çox digər problem narahat edir - ishal. Hamiləliyin əvvəlində qadının orqanizmində ciddi hormonal dəyişikliklər baş verir ki, nəticədə bağırsaqlar bu dəyişikliklərə belə cavab verir. Bağırsaqlar adi vaxtlardan fərqli olaraq daha tez-tez boşalır (gündə 2-3 dəfə) və nəcis kütləsi formalaşmamış olur.



Müəyyən müddət keçdikdən sonra belə ishal əksər hallarda özü-özündən, müalicəsiz və dərmansız keçir. Bu halda yeqanə məsləhət - daha tez-tez maye qəbul edin. Nar qabıqların dəmləməsi, zoğal mürəbbəsi ilə çay çox yaxşı kömək edir, bağırsaqları "yığır".



Lakin bəzən qadınlarda ishal çox güclü olur (gündə 5 dəfə və bundan artıq), uzun müddət ərzində davam edir. Bu halda ishal həm ananın, həm də körpənin sağlamlığı üçün təhlükəlidir. Güclü ishalın nəticəsində orqanizmdə susuzlaşma inkişaf edir. Susuzlaşma zamanı orqanizmin su-duz balansı pozulur ki, bunun nəticəsində həm ananın, həm də dölün vacib orqan və sistemlərində (xüsusilə ürəkdə və beyində) ciddi pozulmalar yaranır. Ağır hallarda hamiləlik zamanı susuzlaşma döldə qüsurların inkişafına və hətta dölün həlak olmasına səbəb ola bilər.



Digər tərəfdən bağırsaqların uzun müddət ərzində həddən artıq aktiv vəziyyətdə olması (ishal zamanı olduğu kimi) uşaqlığa təsir edir ki, nəticədə uşaqlıq yığılmağa başlaya bilər və bunun nəticəsində uşaqsalma baş verə bilər.



Susuzlaşmanın ilk simptomları:



- güclü susuzluq,



- ağızda quruluq,



- dərinin və selikli qişaların quru olması;



- sidiyin rənginin tündləşməsi və az ifraz olunması;



- halsızlıq, zəiflik.



Daha ağır mərhələlərdə susuzlaşma nəticəsində insanda bayılma, qıcolmalar, koma kimi pozulmalar inkişaf edə bilər.



Bu səbəbdən güclü ishal zamanı (nəcis ifrazı 5 dəfə və bundan artıq baş verir) susuzlaşmanın profilaktikası üçün dərhal su balansını bərpa etməyə başlamaq lazımdır. Lakin adi su, çay və s. mayelər lazım olan effekt vermir. Susuzlaşmanın profilaktikası üçün və susuzlaşmanın ilk simptomlarında xüsusi məhlullardan istifadə etmək lazımdır. Bu məhlulların arasında - Riqedron, Qastrolit. Preparat 1 l ilıq qaynanmış suda həll olunur və kiçik qurtumlarla gün ərzində tez-tez içilir. Lakin nəzərə almaq lazımdır ki, bu məhlullar xəstəliyi müalicə etmir. İshalın müalicəsi üçün həkimə müraciət etmək lazımdır.



Əksər hallarda ağır ishal bağırsaqlara infeksiya düşməsinin nəticəsində inkişaf edir. Bu səbəbdən hamilə qadında ağır ishal, qusma, hərarətin artması kimi simptomlar inkişaf etdikdə, dərhal təcili yardım çağırmaq lazımdır. Güclü susuzlaşma yalnız xəstəxana şəraitində xüsusi məhlulların orqanizmə yeridilməsi ilə müalicə olunur.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!