Hamiləlik üçün xarakterik olan 8 dəyişiklik

Hamiləlik üçün xarakterik olan 8 dəyişiklik
Hamiləlik
10.09.2017 2
Hamiləliyin ilkin əlamətlərindən baslayaraq 9 aylıq hamiləlik boyunca, ana namizədlərinin bədənlərində dəyişikliklər baş verir. Bu müddətdə yaşanan 8 vacib dəyişikliyi öyrənək…



Menstruasiya gecikməsi

Müntəzəm menstruasiya olan və cinsi əlaqədə olan qadınların menstruasiya vaxtının gecikməsi olduqda bunu hamiləliyin əlaməti kimi düşünmək lazımdır. Hamilə olmasına baxmayaraq, menstruasiya nadir halda ola bilər. Ancaq bu mənşəli qanama normal menstruasiyadan daha az miqdarda və daha qısa müddətli olur.



Hormonal dəyişiklik

Hamiləliyin ilk aylarındakı hormonal dəyişikliklərlə birlikdə bədəndə maye tutumunu ilə əlaqədar gərginlik, qarında şişlik, çəki artması, ürək bulanma, qusma müşahidə oluna bilər. Qidalanmaya nəzarət edilməsi, duzun azaldılması, aktivliyin artırılması ilə bu dəyişikliklər hiss olunmayacaq dərəcəyə gətirilə bilər. Ürək bulanmalarının qarşısını az-az, amma tez-tez yağsız qatı qidalar yeyərək almaq olar.



Qansızlıqla birlikdə yuxu istəyi artır

Hamiləlilklə bərabər, qanın sulanması ilə əlaqədar olaraq qansızlıq yarana bilər. Bu zaman yorğunluq hissi və yuxuya meyil artır. Gələcək ana körpə doğulduqdan sonra yuxusuzluğunu düşünərək bu müddətdə doyunca yatması məsləhətdir.





Döşlərdə həssaslıq olması normaldır

İlk üç ayda görülən dəyişikliklərdən biri də döşlərdə gərginlik, həssaslıq və böyümədir. Dəstəkli büsqalterdən istifadə edin və dünyaya körpəniz gələcəyini nəzərə alaraq, bu dəyişikliyə görə özünüzü sıxmayın.



Psixoloji dəyişiklik hər anada fərqli olur

Hamiləlikdə baş verən hormonal dəyişiklik ilə birlikdə ana olmağa şüuraltı baxış, şüürlu hamiləlik və analıq, hətta doğum ağrıları anaya psixoloji olaraq mənfi və ya müsbət istiqamətdə təsir edə bilər.



Sağlam yuxu üçün sakit bir hamiləlik

Hamiləlik boyunca, beyində qadınlığa, analığa aid mənfi düşüncələr, qadın olmaqla əlaqədar sıxıntı varsa, ürəkbulanma, qusma, müxtəlif ağrılar, əsəbilik, rahatsızlıq, küsəyənlik, ağlama, yaxın insanlarla ünsiyyət problemləri, yuxu pozğunluğu tez-tez baş verə bilər.



Bel ağrısının olmaması üçün çəkinizə diqqət edin

Hamiləlikdə 5-ci aydan etibarən iştahadakı artma idarə olunmazsa, sürətlə çəki atımı və bununla əlaqəli şəkər xəstəliyi, yüksək təzyiq riski ortaya çıxır. Pəhrizin nizamlanmasının bir üsulu da hamiləlikdə edilə biləcək idman hərəkətlərdir. Bu üsulla həm də çəkiyə nəzarətlə birgə sonrakı aylarda ortaya çıxan bel və qasıq ağrıları da dəf edilir.



Son ayları rahat keçirtmək üçün doğum qorxusu idarə edilməlidir.

Son aylarda, xüsusilə, şəhərdə yaşayan analardakı ən böyük narahatlıq doğumla əlaqədar qayğı və qorxulardan irəli gəlir. Buna görə yuxu pozğunluğu, mədə-bağırsaq sistemi şikayətləri ortaya çıxır. Bu dövrü sakit keçirdib, doğumu yaşamaq üçün ana doğum haqqında maarifləndirilməli, doğum qorxusu zehni təkmilləşdirmə üsulları ilə aradan qaldırılmalıdır.

Doğum ağrılarının öyrənilmiş ağrı olduğu düşüncəsiylə ana həvəslə və ağrısız bir doğuma hazırlanmalıdır.скачать dle 11.3
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!