Hər 3 hamilədən 2-si bundan əziyyət çəkir

Hər 3 hamilədən 2-si bundan əziyyət çəkir
Hamiləlik
10.09.2017 10
Hamiləlikdə dəyişən hormon səviyyələri bütün nahiyələrə təsir etdiyi kimi, əllərdə də bəzi şikayətlərə yol açır.

Hamiləlik zamanı karpal tunel sindromu (KTS) adlanan və əlləri həqiqətən yoran bir dövr başlayır. Hamiləliyin son aylarında sıx rastlanan bu hal uzun müddət qalıcı izlər buraxır.

Zamanla əllərdə "qarışqa gəzir” hissi, keyimə, yanma, ağrı kimi əlamətlərlə özünü göstərən bu sindrom irəliləyən zamanlarda gücsüzlük, hissizlik hallarına yol açır. Bu şikayətləri olan hamilələr bir əşyanı tutmaqda çətinlik çəkdiklərini deyirlər.

5 aydan sonra hamilə qadının bədənində çəkinin artması, su yığılması, şişmə artır.

Buna görə əllərdə sinirə təzyiq olur. Bu sindroma laqeyd yanaşmaq olmaz. Çünki çox qadında doğuşdan 3 il keçməsinə rəğmən hələ də izlərini saxlayır.

Doğuşdan iki həftə sonra çəkidə azalma olduğundan ağrılar azca azala bilər. Ancaq tam müalicə üçün 5-8 seansda tamamlanan manuel müalicə və kinezio bant məsləhət görülür.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!