Hamiləlikdə dəri dəyişkənliyi

Hamiləlikdə dəri dəyişkənliyi
Hamiləlik
10.09.2017 11
Dəri rənginin tündləşməsi

Bütün hamilələrin 90 %-i bu problemlə qarşılaşır. Tam səbəbi bilinməsə də, hamiləlikdə melonositləri (piqment əmələ gətirən hüceyrə) xəbərdar edən hormonun qan ifrazında artım olduğu düşünülür. Bununla bərabər ostrogen adlı maddə də bu tünd rəngi çıxaran maddələri xəbərdar edir. Tündləşmə hamiləliyin erkən dövrlərində başlayır və tünd dərili xanımlarda daha çox diqqətə çarpır. Xüsusilə tünd rəngli bədəni olan xanımlarda döş ucları, genital dəri, göbək ətrafı kimi bölgələrdə bu tündləşmələr daha çox diqqətə çarpır. Göbəyin orta xəttindəki şaquli xəttə linea alba (ağ xətt) deyilir. Hamiləlik zamanı bu xətdə diqqətə çarpan bir tündləşmə hiss edəcəksiniz. Bu tündləşməyə görə bu xətt hamiləlikdə linea nigra (qara xətt) adlandırılır.



Hamiləlik maskası

Hamiləliyə xas digər bir dəri dəyişikliyi də kloazma adını verdiyimiz hamiləlik maskasıdır. Üzdə, göz altlarında bütün yanağı örtən və ortada birləşən kəpənək şəklindəki bu tündləşmə hamilələrin az qala yarısında dəyişən səviyyədə meydana gəlir və bir qisimi hamiləlikdən sonra çəkilərkən bir qisimi illərlə üzdə qala bilir. Hamiləlik maskası ultrabənövşəyi işığa qarşı çox həssasdır və buna görə də həddindən artıq günəş işığına məruz qalmayaraq ya da günəş qoruyucu məhsullardan istifadə edərək onun meydana gəlməsini azalda bilərik. İşlədə biləcəyiniz bəzi dermotoloji dərmanlar da bu ləkələri azaltmaqda işinizə yaraya bilər. Hamiləlik kloazması olan xanımlar, ümumiyyətlə, doğum nəzarət həblərinə qarşı da çox həssasdırlar və eyni ləkələr doğum idarə həblərinin istifadəsiylə də meydana gələ bilər.



Xallar

Demək olar ki, hər kəsdə olan xallar piqment ehtiva edən yaxşı xassəli dəri şişləridir. Normalda melanosit (piqment əmələ gətirən hüceyrə) ehtiva edən xallar hamiləlik zamanı melonositin xəbərdar edilməsi ilə birlikdə daha tündləşə və ya böyüyə bilər. Hamiləlik zamanı pis xassəli heç nəyə çevrilməzlər.



Çatlar

Xüsusilə son aylar yaxınlaşdıqca hamilə qadınların təxminən yarısında qarın dərisində, döş dərisində və ombasında qırmızı, yüngül çökək və nizamsız xəttlər inkişaf edir. Daha əvvəl ana olmuş qadınlarda bu qırmızı xəttlərdən əlavə gümüşü-ağ rəngdə xəttlər də görülə bilər. Bunlar bir əvvəlki hamiləlikdən qalan çatlardır. Doğumdan sonra bu qırmızı xəttlər aylar ərzində gümüşü-ağ rəngə çevrilərlər. Bu xəttlərin meydana gəlməsi böyük nisbətdə genetikdir və önləmək mümkün deyil. Yəni bu vəziyyətdə ananızın hamiləlik hekayəsinə müraciət edə bilərsiniz. Bəzi qadınlarda heç çatlaq olmazkən bəzilərində çox diqqət edilməsinə baxmayaraq sıx çatlaqlar meydana gələ bilir. Səbəb hamiləlikdəki hormonal dəyişikliklər, çəki artımı və dəri dartılmasıdır. Satışda hər nə qədər çox sayda çatlaq önləyici məhsullar olsa da, bunun çatlaqlara faydası yoxdur. Dərini hər zaman nəmli tutaraq bu çatlaqların daha da dərinləşməsini önləmək olar. Bunun üçün sadə bir uşaq yağı (kremi), badam yağı kimi nəmləndiricilərdən istifadə etmək olar. Həyat tərziniz də burada çox əhəmiyyətlidir (Məsələn: nizamlı və düzgün qidalanma, bol su içmə, siqaretdən uzaq dayanmaq). Doğum sonrası isə bu xəttlər hələ qırmızı olarkən bəyazlaşmamış dermatoloqla məsləhətləşməlisiniz.



Ovuc içi qızarıqlıqları

Hamilələrin üçdə ikisində görülər və doğum sonrasında itərlər. Ovuc içi və ayaq dabanlarındakı bu qızartı artmış ostrogen və dəridə artan qan dövranının təsiriylə olur.



Diş əti qanaması

Hamiləlikdə qorxuducu ola biləcək dəyişikliklərdən biri də diş əti qanamalarıdır. Bu qanamalar diş ətində qanlanması artan kapliyar damarların nəticəsidir. "Birdən yenə qanayar" deyə dişləri fırçalamaqdan çəkinməyin. Bu səhv tətbiqdir, dişlər fırçalanmasa, ağız gigiyenasına daha çox pis təsir edər. Əksinə diş fırçalamasına və ağız gigiyenasına hər zamankından daha çox əhəmiyyət verilməli və yumşaq sərtlikdə bir diş fırçası seçilməlidir.



Saç və tük dəyişiklikləri

Hamiləlikdə tük folikullarında böyümə nisbəti qısalma nisbətinə görə uzanar və bu da saçların güclənməsinə səbəb olar. Böyümə nisbətini uzadan ostrogen hormonudur və ana namizədləri saçlarını heç vaxt olmadığı qədər güclü, parlaq və gur hiss edə bilərlər. Doğum sonrası isə otrogenin qandan çəkilməsiylə bütün tük folikulları eyni anda tökülmə mərhələsinə girərək 1-4 ay sonra ani sürətlə regional keçəlləşməyə qədər gedə bilən bir tökülməyə səbəb olar. Bu, qorxulmaması lazım olan bir vəziyyətdir, 6-12 ay ərzində hamiləlik əvvəli saç quruluşuna qovuşa bilərsiniz. Hamiləlikdə lazer epilesiyasının bilinən bir zərəri yoxdur, lakin hamiləlik zamanı tüklənmə artacağı üçün hamiləlik sonrası onsuz da töküləcək olan tüklərinizə boşuna əhəmiyyət verib narahat olmayın. Lakin anidən başlayan və həddindən artıq tüklənmədən şübhələnirsinizsə, mütləq həkiminizə müraciət edin. Hamiləlikdə yumurtalıqda olan və plasentaya qədər ilk 6-8 həftə progesteron istehsalını təmin edən "korpus leteum" adlı quruluş bəzən geriləmə göstərmir və bu da kişilik hormonu ifraz edir və şişə çevrilə bilir, bu da hamiləlikdə diqqət edilməsi vacib olan bir vəziyyətdir.



Qaşıntı

Bir çox hamilə xanımın xüsusilə son aylarda yaşadığı qaşıntılı narahatlıq bütün bədəndə görülən və sadəcə şiddətli qaşınmayla müşahidə edilən başqa heç bir dəri dəyişikliyi olmayan bir vəziyyətdir. Bunun səbəbi qaraciyərdə öd kanallarının tıxanması nəticəsində normalda öd kisəsi yolu ilə bağırsaqlara axıdılan öd turşularının qaraciyərdə yığılaraq qana qarışması  və dəri altı toxumada yığılaraq qaşıntıya səbəb olmasıdır.



Dəri dəyişkənliyi-qaşıntı

Bunun xaricində çoxsaylı hamilə xanıma xas təyin edilmiş dəri xəstəlikləri var. Çox maraqlıdır ki, bu problemlər yalnız hamilə xanımlarda olur və başqa heç bir fərddə buna rast gəlinmir. Pis olan isə bu hamiləliyə xas dəri xəstəlikləri uşaq üzərində və hamiləlikdə həyatı təhdid edəcək fəsadlara səbəb ola bilər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!