Hamiləlikdə baş ağrısı və miqren

Hamiləlikdə baş ağrısı və miqren
Hamiləlik
10.09.2017 52
Miqren kimi baş ağrıları stres və gərginlikdən yaranan baş ağrısından çox fərqlidir. Miqren ağrılarının səbəbkarı  beyində genişlənən damarlardır. Bəzi hormonların təsirinə görə qadınlarda miqren ağrıları kişilərə nisbətən daha çox rast gəlinir. Miqren ağrılarının davamiyyəti hamiləlikdə dəyişkən olur. Əvvəlcədən diaqnozu qoyulmuş miqren xəstəliyindən əziyyət çəkirsinizsə, bu, hamiləlik zamanı da davam edəcəkdir. Lakin miqren ağrısı hamiləlikdə ya daha güclü və tez-tez rast gəlinə bilər, ya da tamamilə sakitləşə və nadir hallarda ola bilər. Hamiləliyin ilk üç ayında miqren ağrısından əziyyət çəkməyiniz normaldır.

Hamiləlik zamanı miqren

Miqren nədir?

Miqren dediyimiz baş ağrısı küt ağrı ilə başlayar və damarın nəbz kimi döyünməsi ilə davam edər. Bəzi insanlarda şiddəti daha çox olur. Hətta bulantıya və qusmaya da gətirib çıxara bilir. Bəzi insanlarda hər hansı bir xətlərin, tunel işığının və ya nöqtələrin görülməsi kimi əlamətlər də yaşanır.

Hamiləlik zamanı yaşanan migren ağrısının zərəri

Hamiləlik zamanı miqren ağrısından əziyyət çəkdiyinizi düşünüb, əslində tamamilə fərqli bir xəstəlikdən əziyyət çəkmiş olsanız, təhlükəli ola bilər.

Aşağıdakı əlamətlərdə həkiminizlə məsləhətləşin.

Baş ağrısı ilə bərabər qızdırmanız da olursa,

Baş ağrınız bir saatdan çox çəkir və yenidən təkrar olursa,

Toran görürsünüzsə.



Hamiləlik zamanı miqren ağrısına qarşı

Əvvəlcə kitabça tutun və baş ağrılarınız olduqca orada qeyd edin. Gün ərzində baş ağrınızın nə vaxt başlayıb, nə vaxt bitdiyini qeyd edin. Ağrının dərəcəsini də qeyd etməyi unutmayın. Bu qeydinizi həkim müayinəsinə getdiyiniz zaman özünüzlə götürün.

Bunlar miqren ağrısını aktivləşdirir:

- Stres,

- Şokolad,

- Pendir,

- Qəhvə,

- Havanın tez-tez dəyişməsi,

- Hormonlar.

Miqren ağrısını artıran ünsürlər insandan-insana fərqlilik göstərir. Məhz bu səbəbə görə gündəlik ağrılarınızı qeyd edəcəyiniz kitabça tutun.



Hamiləlik zamanı miqren ağrısını azaltmaq üçün

Başınıza soyuq dəsmal qoyun.

Soyuq duş alın.

Şərbət hazırlayıb için.

ütəmadi olaraq məşq edin.

Meditasiya və ya yoga ilə məşğul olun.

Hamiləlik zamanı miqren əleyhinə dərmanlar

Heç bir dərmanı həkiminizlə məsləhətləşmədən və onun razılığı olmadan qəbul etməyin.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!