Hamiləlikdə yeyilməsi vacib olan qidalar

Hamiləlikdə yeyilməsi vacib olan qidalar
Hamiləlik
10.09.2017 80
Hər bir ana namizədi hamiləlikdə hansı qidaları yeməli olduğunu bilməlidir.  Hər hansı bir tərəvəz və ya meyvə yemək faydalıdır, lakin bəzi qidaları yemək, xüsusilə də hamilələr tərəfindən yeyilməsi həkimlər tərəfindən tövsiyə edilir. Vitamin tərkibli faydasından əlavə eyni zamanda hamiləlik müddətinin asan keçməsinə köməkçi ola biləcək qidalardır.  Artıq çəki yığmadan dünayaya sağlam körpə gətirmək imkanı verir.



Yumurta  

Omeqa-3 qaynağı olan yumurta hamiləlik zamanı çəkinin artmasına mane olan, körpənin inkişafına müsbət təsir göstərən vitaminlə zəngindir.  Yumurta zülal qaynağıdır, hətta yumurta ana südündən sonra ən yaxşı zülallardan biri hesab edilir. Yumurtanın tərkibindəki Omega-3 körpənizin beyin və göz inkişafı üçün faydalıdır.  



Kök  

Hamiləlikdə ara payda, qəlyanaltı kimi kök yeyin. Kök körpənizin diş, göz və sümük inkişafına kömək edən vitaminlərlə zəngindir. Kökü salatlara, şorbalara, piroq və ya kekslərə də əlavə edə bilərsiniz.  

Manqo  



Əgər tropik meyvə sevirsinizsə, manqo tam sizə görədir. Hamiləlik zamanı manqo yemək mütəxəssislər tərəfindən tövsiyə edilir.  

Manqo hamiləlik boyu yeyilə biləcək ən faydalı meyvələr sırasındadır.  Bu meyvə A, C vitamini və kalium cəhətdən zəngindir. Manqonu salatlarınıza, şirniyyatlarınıza əlavə edə bilərsiniz.



Qoz-fındıq  

Hamiləlik dövründə nizamlı qidalanmaq çox vacibdir. Hamiləlikdə qoz, fındıq, fıstıq, badam və quru meyvələr yemək lazımdır. Quru meyvələr sizin və körpənizin sağlamlığı üçün çox vacib olan yağlara sahibdir. Qoz-fındıq maqnezium, mis, kalium, kalsium və vitamin E tərkiblidir. Bu vitaminlər körpənizin beyninin inkişafına müsbət təsir edir. Həddindən artıq yeməməyə də diqqət edin.



Yulaf  

Yulaf xüsusilə qəbizlikdən əziyyət çəkən hamilələr üçün möhtəşəm bir qidadır. Yulaf lif və B vitamini  ilə zəngindir. Naharda yulaf əzməsi yeyə, tort və ya kekslərin tərkibində un kimi istifadə edə bilərsiniz.  

Hamiləlikdə yeyilməsi vacib olan qidalar



Qırmızı bibər  

Qırmızı bibər A, C, B6 vitaminləri ilə zəngindir. Bunlar həm ananın, həm də körpənin  alması lazım olan vitaminlərdir. Az yağda pendirlə birlikdə qovurub yesəniz, pendirdəki kalsiumdan da faydalanmış olarsınız.



Qatıq  

Hamiləlikdə yetəri qədər kalsium almağınız vacibdir.  Bu, körpənizin sümüklərinin inkişafı üçün vacibdir. Qatıqda bol miqdarda fol turşusu vardır. Yağsız yoğurtlar və ya yarım yağlı qatıq yemək, lazımsız çəki artımına da mane olacaq.   



Mərcimək  

Zülal və fol turşusu hamiləlikdə körpənin inkişafı üçün çox vacibdir. Odur ki, bunları mərcimək vasitəsi ilə tamamlaya bilərsiz. Mərcimək zülal və fol turşusundan əlavə eyni zamanda dəmirlə də zəngindir. Bu isə körpənizin qan-damar sistemi üçün xüsusi əhəmiyyət kəsb  edir. Eyni zamanda yüngül qida olmaqdan əlavə qəbizlik yaşayan hamilə xanımlar üçün əvəzedilməzdir.  



Avokado  

Hamiləliyinizdən zövq almalı olduğunuz zaman səhər bulantıları ilə mübarizə aparırsınız? Avokado bu cəhətdən sizə kömək olacaq. Avokado bol lif, fol turşusu, B6 və C vitaminləri ilə zəngindir. Lifli quruluşu sayəsində qəbzliyin qarşısını alır, bulantını kəsir, körpənin beyin və sinir sisteminin inkişafına müsbət təsir edir. скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!