Hamiləlikdə şəkər xəstəliyi

Hamiləlikdə şəkər xəstəliyi
Hamiləlik
10.09.2017 62
Hamiləlik zamanı yaranan şəkər xəstəliyinin ana və körpədə daimi diabet riskini artırdığı, qadında erkən doğuş, körpəsində isə həddindən artıq çəkiyə səbəb olduğu bildirilib. Prof. Dr. Boyd Metzger hamiləlikdə rast gəlinən şəkər xəstəliyi ilə əlaqədar apardığı tədqiqatın nəticələrini həmkarlarıyla paylaşıb. O, hamiləlikdə qan şəkəri səviyyəsinin anaya etdiyi təsiri öyrənmək üçün araşdırmada müxtəlif ölkədən 25 min qadının iştirak etdiyini deyib. Araşdırma zamanı qadınlarda şəkər xəstəliyinə ən çox Hindistan və Pakistanda rast gəlinib. Çin, Yaponiya və Koreyada isə hamilələrdə şəkər xəstəliyinin digər ölkələrə nisbətən daha çox olduğu qeyd edilib.



Hamiləliyə və analara təsiri

Prof. Dr. Metzger hamilə qadınlarda insulin müqavimətinin artdığını və bunun irsi funksiyanın pozulmasına səbəb olduğunu bildirib.

Anadakı qan şəkəri səviyyəsinin hamiləlik zamanı baş verən ağırlaşmalarla əlaqəli olduğu bildirilib. Prof. Dr. Metzger hamilələrdə şəkər xəstəliyinin olmasının erkən doğum riski və keysəriyyə yolu ilə doğuş ola biləcəyi zərurətini daşıdığını bildirib. Eyni zamanda  doğumdan sonra diabetin inkişaf etmə riskini artırdığını qeyd edib.

 

Körpədə həddindən artıq çəkiyə səbəb olur

Hamiləlikdə şəkər xəstəliyinin körpələrə də mənfi təsir etdiyini ifadə edən Prof. Dr. Metzger ''Ana bətnində yüksək qan şəkərinə məruz qalan körpədə həm həddən artıq çəki problemi yaranır, həm də gələcəkdə diabet olma riski böyük olur. Hamiləlikdəki şəkər xəstəliyi doğulan körpələrin çəkisinin həddindən artıq olmasına səbəb olur'' deyə qeyd edib. O bu körpələrin qan şəkərlərinin doğuşda aşağı səviyyəyə endiyini və buna görə də xüsusi müalicə müəssisələrində müalicə aldıqlarını bildirib

 

Müalicə olunmaq vacibdir!

Prof. Dr. Metzger bildirib ki, hamilələrdə olan şəkər xəstəliyi qadınlar üçün risk daşıyır. Buna görə də hamiləlik zamanı şəkər xəstəliyinin həm diaqnozu, həm müalicəsi üçün dünya səviyyəsində birgə araşdırmalar aparılsa, nəsildən-nəslə keçən şəkər xəstəliyinin tam müalicəsi mümkün olacaq. Bu araşdırma bütün etnik qruplarda eyni nəticələri verdiyi üçün mövzuya ortaq yanaşmaq vacibdir.

 

Prof. Dr. Metzger hamiləlik zamanı qidalanma şəklini dəyişməklə şəkər xəstəliyinin müalicə olunduğunu, bəzi xəstələrdə isə dərman və insulin müalicəsinə ehtiyac ola biləcəyini ifadə edib.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!