Çanaq darlığı nədir və doğuşa necə təsir edir?

Çanaq darlığı nədir və doğuşa necə təsir edir?
Hamiləlik
10.09.2017 96
Hamilə qadınları  bu məsələnin zəruriliyinə diqqət yetirməyə dəvət edirik.

Vaginal doğumu təmin edən rəhm sıxılmalarıdır. Sıxılmaların təsiriylə   rəhm boynu açılır, sonra körpə doğum kanalına girib çıxış istiqamətinə doğru irəliləməyə başlayır. Rəhm ağızının açılma müddəti uzun və dəyişən olur.  Körpənin doğum kanalına girməsindən doğuma qədər sürən ikinci dövr ilk doğumlarda ortalama 50 dəqiqə, daha əvvəl vaginal doğum edənlərdə isə 20 dəqiqəyə qədər davam edir. Burada  körpə passiv mövqedə olur. İtələyici qüvvənin təsiri ilə önündəki yolun şəklinə uyğun çevrillir  və doğulur.



Vajinal doğuma təsir edən 3 əhəmiyyətli komponent, rəhm sıxılmalarının və ana  gücənməsinin  kafiliyi, doğum kanalının genişliyi və quruluşu, körpənin ölçüsü və duruşudur. Bunlardan birinin anormallığı vaginal doğumu çətinləşdirir və  hətta bəzən maneə törədə bilir.

Gerçək doğum ağrıları hər 3 dəqiqədən bir gəlib 1,5 dəqiqəyə qədər sürür. Rəhm ağızının tam olaraq açılma müddəti doğum kanalının  genişliyi və körpənin  böyüklüyündən asılıdır. Rəhm ağızı tamamilə açıldıqdan sonra körpə rəhmi tərk edib doğum kanalına girir. Bu dövrdə körpənin yolculuğunu rəhm sıxılmaları ilə birlikdə ananın güc verməsi təmin edir.



Doğuş kanalı darlığı doğuma necə təsir edir?

Doğum kanalı deyilən yol, taz sümüyünün girişi ilə çıxışı arasındadır. Sümük quruluşunun şəklinə görə genişləyən və daralan hissələri vardır. Uzunluğu və ən dar yeri 10 sm qədərdir.  Kanalda əsas müqaviməti təmin edən taz  sümüyü adlanan  pelvis sümüyüdür. Hormonal təsirlərlə bağ toxuması boşalıb, pelvisi bir qədər genişlətsə də çox dar bir sümük quruluşuna malik qadınlarda  körpənin buradan keçməsi çətin ola bilir, hətta bəzən normal doğum mümkün olmaya bilir.

Adətən qadın pelvisi kişilərlə müqayisədə  daha genişdir. Ancaq bəzi qadınlarda pelvis quruluşu kişi tipində, yəni dar ola bilir. Bunlar "android pelvis" adlanır. Belə olduqda  vaginal doğum çətin olur. Belə bir pelvis quruluşu doğumdan əvvəl müayinə ilə təyin edilir. Hətta keçmişdə bu məqsədlə "pelvimetri" adı verilən xüsusi alətlərdən  istifadə edilmişdir. Hazırda isə ultrasəs, kompüter tomoqrafiya, maqnetik rezonans kimi  üsullarla bu təyin edilir.  

Doğuş kanalının vəziyyətindən asılı olmayaraq hal hazırda uşağın çəkisi 4,5-5 kq-dan çox olduqda vaginal doğumun reallaşdırılması məsləhət görülmür.



Doğumun uzanmasının səbəbi nə olursa olsun doğuşda əsas olan 2 əsas meyar vardır. Bunlardan biri körpənin  ürək döyünməsinin nizamlı olması, digəri isə doğumun irəliləməyə davam etməsidir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!