Hamilələrin nəzərinə!

Hamilələrin nəzərinə!
Hamiləlik
10.09.2017 27
Qırmızı ətin çox qəbulu körpəyə gələcəkdə problem yarada bilər



Hamiləlik zamanı həddindən çox qırmızı ət qəbul etmək doğulacaq oğlan uşaqlarında sonsuzluğa səbəb ola bilər. Türkiyəli mütəxəssis Mutar Berksoy bu barədə bildirib.



Türkiyə mətbuatının verdiyi məlumata görə, çox ət körpənin spermasının keyfiyyətinə təsir edir, az miqdarda karbohidrat isə artıq çəki, şəkər xəstəliyi riskini artırır.



Ana olmağa namizəd qadınların qidalanması körpələrin DNT-də önəmli dəyişikliklərə yol açır. Belə ki, çox həssas olan bu dövrdə ağır metal, kimyəvi toksinlərə məruz qalmaq uşaqlarda gələcəkdə yüksək təzyiq, şəkər, ürək-damar, əqli çatışmazlıq kimi problemlərə gətirib çıxara bilər. Bunun çün də qadınlara gələcək nəsillərin sağlam yetişməsi üçün qidalanma ilə bağlı daha çox dəstək verilməlidir.



Mütəxəssis uşaq sahibi olmaq istəyənlərə də məsləhət verib. Onun sözlərinə görə, belə insanlar ilk olaraq D vitamini, yod, Omega 3, B12 vitamini, fol turşusu, A vitamini qəbul etməli və dəmir çatışmazlığını aradan qaldırmalıdırlar.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!