Keysəriyyə

Keysəriyyə
Hamiləlik
10.09.2017 11
Bu olduqca geniş yayılmış mamaçalıq əməliyyatının adı barəsində müxtəlif rəvayətlər dolaşır – ya Sezar özü belə anadan olmuşdur, ya o hansısa qadının gecikən doğuşunu qılıncını çıxararaq bu yolla, onun qarnını kəsərək həll etmişdir. Əslində hərfi tərcümə sectio caesarea – "yarılmış yeri kəsirəm” - əməliyyatın sadəcə bir mərhələsini təsbir edir – ön qarın boşuluğu divarının yarılması və uşaqlıq divarının kəsilməsi. Dəqiq olaraq qeydə alınmış ilk keysəriyyə əməliyyatı Avropada 17-ci əsrdə, Rusiyada isə 18-ci əsrdə baş vermişdir.

 

Əvvəllər heç bir ağrıkəsici, narkoz, tikiş materialı yox idi, uşaqlıq borusu tikilmirdi, yara olduğu kimi də qalırdı – o da hərdən ya bitişirdi, hərdən qadınlar sağ qalırdılar. Lakin əsas başlıca olanı deyildi, çünki keysəriyyə əməliyyatı əsasən uşağın həyatda qalması marağına edilirdi, həm də o vəziyyətlərdə ki, doğuşun gecikməsi uşağın həyatı üçün təhlükə törədirdi. Müasir mamaçalıq prioritetlərini dəyişmişdir – bu gün əsas olan ananın sağ qalmasıdır və ananın maraqları xatirinə keysəriyyə əməliyyatlarının sayı artmışdır.Həmçinin əməliyyata münasibət sahəsində də dəyişiklik baş verir - əməliyyat doğuş zamanı yaranmış kəskinləşmələrin, həyatları təhlükədə olanlara yardım edilməsi üçün çıxış yolundan – artıq planlı əməliyyata keçir ki, bu seçim zamanı artıq xeyli əvvəldən doğumun tarixi məlumdur, ona hazırlaşırlar və nəticəsi əvvəlcədən hamı üçün uğurludur.



Keysəriyyə üçün göstərişlər:

Mütləq göstərişlər.

Ananın təbii yolla doğması halında həyatı üçün təhlükənin olmasıdır və həkimlərə nə fikirləşmək, nə də seçim üçün vaxt buraxmır. Lakin belə vəziyyətlər özü özlüyündə heç də fəlakətli sayılmırlar, ona görə ki, "ananın həyatı üçün mütləq olaraq kysəriyyə əməliyyatı” söz birləşməsinə ağrılı yanaşmaq lazım deyil – bu ancaq elə deyilən deməkdir və heç də misal üçün, o demək deyil ki, hamiləliyə görə əks göstərişlər və ya hamiləliyin özünün aşkar edilməsində hansısa bir göstərişlər mövcuddur.   

- Olduqca dar çanaq – elə bir vəziyyətdir ki, uşağın gəlmə istiqamətində o ananın çanaq dairəsində keçə bilməyəcək. Çanaq anatomik olaraq daralmış olur (ölçülərin obyektiv olaraq balacalaşması) və ya kliniki – məhz ananın çanaq dairəsinin körpənin gələn hissəsinə uyğun olmaması. Çanağın  olaraq daralmış şəklində doğuşların aparılmasının xüsusiyyətləri təsvir edilmişdir ki,  bu zmaan o xüsusiyyətlər heç də kömək etmir və yeganə çıxış yolu kimi keysəriyyə qalır. Ənənəvi olaraq hamilələrdə çanağın ölçülərinin tədqiq edilməsi və dölün ölçülərinin ultrasəs müayinəsi belə vəziyyətlərin ekstremal olmaqdan çıxaraq planlı keysəriyyə əməliyyat halına gəlməsinə səbəb olmuşdur.

— Mexaniki maneələr, doğuşun təbii yollarla baş tutmasına mane olan maneələrdir. Misal üçün, boyunluq sahəsində yerləşən uşaqlığın mioması. Bu hamiləlik üçün əks göstəriş deyil, sadəcə keysəriyyə üçün birbaşa əlamətdir. Əlbəttə, daha tez-tez – planlı, çünki mioma nadir hallarda 9 ay ərzində heç nədən yaransın, hamiləliyə qədər həyata keçirilən ultrasəs müayinəsi isə miomatoz kəsimin lokallaşdırılması və onun sürətinin müəyyən edilməsi üçün tədiqatın standart hissəsidir.

— Plasenta previa — plasentanın uşaqlıq boynundan yuxarıda yerləşərək uşağın çıxış yollarının kəsilməsi deməkdir. Bu birmənalı şəkildə planlı bir haldır USM vasitəsi ilə hamiləliyin bütün dövründə müşahidə edilir. Doğuş həlli metodunun həlledici diaqnozu ancaq son həftələrdə verilir, əvvəlcədən aşkar edilmiş "gəlmə” öz özünə də baş tuta bilər ki, plasenta normada uşaqlığın dibindən daha yüksək sahələr qalxır.  

— Plasentanın vaxtından əvvəl dəstələnməsi. Normada plasenta uşağın anadan olması və onun hava ilə nəfəs almağa başlamasından sonra aralanmalıdır. Buna qədər körpə havanı plasenta vasitəsi ilə keçərən anaın qanından alır. Plasentanın qatlaşmas körpənin nəfəs almasını mümkünsüz edir və təcili olaraq keysəriyyə əməliiyatının onun həyat maraqları naminə mütləq edir. Ana tərəfindən də plasentanın qatılaşması ölümtəhlükəli qanaxma səbəbindən həyat üçün təhlükəli hesab edilir.

— Uşaqlığın təhlükəli dağılması – Ölümcül təhlükəli bir vəziyyətdir. Buna əsas verəcək amillər anamnezdə olan çoxsaylı doğuşlar, eləcə də uşaqlığın qaysaqlarının keçmiş keysəriyələrdən sonra qabiliyyətli olmamasıdır. Mütəmadi ultrasəs tədqiqatları uşaqlıqdakı doğuşdan əvvəlki və doğuş zamanı olan yaraların vəziyyətini müəyyən etməyə imkan verir. Keyesəriyyə nə sinrakı doğuş, nə təbii yolla doğuşun həlli üçün əks göstəriş deyil. Uşaqlıq divarının normal şəkildə əzələ toxuması ilə sağalması halında uşaqlığın dağılması təhlükəsi aradan qalxır. Yaranın vəziyyətini ultrasəs müayinəsi ilə mütəmadi olaraq yoxlamaq lazımdır və onda bu ekstremal vəziyyət çətin ki, baş vermiş olsun.

Keysəriyyə üçün mütləq göstəricilər digər şərtlər və mümkün əks göstərişlərdən asılı olmayaraq tələb edilir. Onlar həkimlərə bu sahədə heç bir seçim buraxmır.

Nisbilər göstərişlər.

Bu elə bir vəziyyətdir ki, onlar baş verən zaman bütün şərtləri və əks göstərişləri nəzərə almaq olar; keysəriyyə xeyrinə olmayan qərarı nə vaxt vermək mümkündür: o hallarda ki, keysəriyyə müdaxiləsi olmadan təbii yollarla doğuşun həll edilməsi mümkündür, lakin bu ana və ya uşağın həyati təhlükəsi ilə əlaqəlidir. Müasir dövrdə məhz nisbi göstəricilər sayəsində keysəriyyə əməliyyatların sayı kəskin şəkildə artmışdır, hansı ki, risq edərək təbii yollarla doğuşu jhəll etmək də mümkün ola bilərdi. Lakin müasir texnikanın səviyyəsi, tikiş materialının və narkozun keyfiyyəti, cərrahların ixtisas səviyyəsinin yüksəlməsi və nisbi göstəriciləri əsasında planlı keysəriyyə əməliyyatının mümkünlüyü daha təhlükəsiz çıxış yoluna çevirmişdir, nəinki təhlükə və mümkün ekstremal vəziyyətə çıxarılması.

Ana tərəfindən nisbilik göstəriciləri:

— doğuş fəaliyyətinin israrla zəifliyi

— kliniki olaraq dar çanaq

— hamiləliklə əlaqədar olmayan xəstəliklər və vəziyyət, bu zaman təbii doğuşların yükü ananın sağlamlığı və həyatına təhlükə törədir (ürək-damar sistemi, göz dibi, qaraciyər və s. xəstəliklər)

— təbii doğuş zamanı həyat üçün təhlkə törədə biləcək hamiləliyin fəsadları (ağır hestoz)

Tez-tez nisbi göstərici kimi nəzərdən keçirilən 35 yaşdan yuxarı olan yaş  təqvim günlərinin sayı ilə deyil, məhz sağlamlığın vəziyyətinə görə təhlükəlidir. Gənc, 35 yaşlı orqanizm əməliyyatın keçirilməsi üçün göstərici deyil, üryin ağır qüsuru və inkişaf etməkdə olan zəif görmə qabiliyyəti elə 18 yaşında da yarana bilər. Buna görə də müasir, çalışan və öz karyerasını quran, hələ doğmağa hazırlaşmayan, lakin məşhur "qoca ilk doğuşlu”, "belə yaşda özün hamilə qala bilməzsən, ancaq EKQ”, "35 yaşdan yuxarı – ancaq keysəriyyə” kimi rəvayətlərdən də qorxan qadınlarda qeyri-kamillik kompleksi yaradan şablon olan deyil, fərdi yanaşma lazımdır.

Körpə tərəfindən nisbilik göstəriciləri:

— uşaqda oksigen çatışmamazlığı (hipoksiya). Xroniki hipoksiya uşağın inkişafdan qalmasına gətirib çıxarır ki, bu da USM zamanı müşadilə edilir. Kəskin jipoksiyanı uşağın ürək döyüntülərinin tədqiq edilməsi– ideal olaraq kardiotokoqrafiya metosdu ilə - ürək döyüntülərinin qeydə alınması və onların nəticələrinin kompüterlə işlənməsi zamanı aşkar etmək mümkündür.  .

— çanaq öngəlməsi.

— dölün köndələn vəziyyəti  

Müxtəlif növlü taz öngəlməsi zamanı doğuşların həll edilməsinin xüsusiyyətləri və dölün düzgün olmayan vəziyyətləri mövcuddur, lakin müasir mamaçalıqda, yenə də texnologiyaların inkişafə nəzərə alınmaqla, bu gün ən təhlükəsiz olanı planlı keysəriyyə əməliyyatıdır.

Əməliyyatın keçirilməsi üçün şərtlər:

— dölün həyat qabiliyyətli olması

— yoluxmaların olmaması

— əməliyyat texnikasın malik olan xüsusi cərrahın və cərrahiyə avadanlıqlarının mövcudluğu

— qadının razılığı

Keysəriyyə üçün əks göstərişlər:

— dölün daxildə məhv olması

— yoluxma

— həyatla uyğun gəlməyən inkişaf qüsurları və dölün vəziyyəti

Şərtlər və əks göstərişlər diqqətə əməliyat üçün mütləq göstəricilərin olmaması zamanı alınır, onların mövcud olması halında isə öz əhəmiyyətlərini itirirlər və uşaqlığın dağılması təhklükəsinin mövcudluğu halında uşaqlı divarını, gutya bunu bir vaxtlar Sezar öz qılıncı ilə etdiyi kimi dəlmək mümkündür.

İnkişaf etmiş müasir ölkələrdə yuxarıda sadaladığımız tibbi göstəricilər deyil, qadının istəyi ilə keysriyyə əməliyyatlarının baş verməsi sayları artır. Əksər hallarda bu yenə də qadınlar daha az məlumatlı olmaları, onların rəvayətlərə inanamağa daha çox meylli olmalarından irəli gəlir:

1.35-dən sonra özün doğa bilməzsən. Rəvayətdir. Xəstəliklərin, hamiləlik ağırlaşmalarının, doğuş fəaliyyətinin zəifləməsi tezliyi artır, lakin bunlar hər bir konkret qadının konkret vəziyyəti deyil, orta statistik qadının müqayisəli məlumatlarıdır. Belə hallarda təqvimə görə olan yaşa deyil, sağlamlığın vəziyyətinə istinad etmək lazımdır.

2.Belə ağrılı olmur. Rəvayətdir. Narkozun təsirinin keçməsindən sonra ağrılar gəlir və günlərlə davam edir. Ana südü ilə körpənin yedizidirilməsi zamanı ağrıkəsicilərərdən istifadə problemdir. Təbii yolla doğuşlar zamanı ağrılar çiyinləri dünyaya gəlməsindən sonra kəsilir. Dağılma və kəsiklərdən ağrı əməliyyat yarasında olan ağrılarla müqayisəyə gəlmir. Müasir mamaçalıqda epidural anesteziya altında ağrısız təbii doğuşlar artıq çoxdan ənənəviyə çevrilmişdir.  

3.Yatdın – durdun – hər şey arxada qaldı. Rəvayətdir. Narkoz vəziyyətindən çıxma, qarındakı yaraların sağalması, ağrılar, qan itirmədən sonra bərpa olunma, yoluxucu xəstəliklərin yüksək ehtimalı, südün yaranması ilə əlaqədar olan problemlər, məhdud hərəkətlilik, ağladığı zaman uşağı qaldırmağa, onu əlinizə götürməyə qadağa. Bütün bunlar hamısı arxada deyil hələ irəlidədir.

4.Uşaq üçün fərqi yoxdur. Rəvayətdir. Bu fərq yaşla əlaqələndirilir və böyük uşaqlar təbii yolla dünyaya gəlmiş öz həmyaşıdlarından uyğunlaşmaya görə heç nə ilə fərqlnmirlər. Laki yeni dünyaya gəlmə yaşında fərq kifayət qədər seziləndir və baş verən uyğunlaşma kifayət qədər orqanizmin böyük ölçüdə gərginləşməsini tələb edir, yəni, bütün digər şərtlərin bərabər həcmdə olması zamanı keysəiyyə yolu ilə dünyaya gələn körpədə orqanizmin yüklənməsi həddən artıq yüksəkdir. Belə hallarda körpə atmosfer təzyiqinə tədricən uyğunlaşma üçün zamana malik olmur, təzyiqin kəskin fərqlənməsi səbəbindən damarlarla bağlı problemlər yarana bilər; "pis” mikrobların dolmasına və disbakteriozun inkişaf etməsinə meylli olan steril bağırsağa malikdir; özünün proqramlaşdırdığı müddətdə dünyaya gəlmir, yəni, doğuşda fəal iştirak etmir, passivdir, bundan əlavə narkozun təsiri altındadır cə bu səbəblərdən doğuşdan sonrakı ilk günlərdə fəal həyata uyğunlaşmada – fəal tənəffüs, sovurma, çığırma- müəyyən çətinliklər var; ana südünün əmələ gəlməsinin çətinləşməsi iləqədar olaraq, eləcə də antibiotiklərin tətbiqi və döşə gec öyrədilmə səbəindən süni qidalanladırmağa daha çox çansı var. Əlbəttə ki, o çətinliklərin öhdəsindən gəlir və sayəsində deyil, əməliyyat olmasının əksinə, bütün qorxudan halların acığına məktəbdə artıq öz həmyaşıdlarından fərqlənmir.  

Bu əməliyyatdır.

Cərrahın peşəkarlığı, əməliiyat otağının təchizatı, tikiş materialının keyfiyyəti, əməliyyat sonrası vəziyyət kəskinləşmələr, məhdudiyyətlərdən asılı olaraq uşağın üzərinə düşən normadan artıq yükləmə artır. Bütün bunlar artıq başqa çıxış yolu qalmadıqda və ya onun ana və uşaq üçün böyük fəsadlar törədə bilməsi ehtimalında dəf edilə biləcək maneələrdir. Lakin öz başına, bunun üçün tibbi göstəricilərin olmamasına baxmayaraq belə seçimi həyata keçirən qadın real informasiyaya malik olmayan qadındır. Əlbəttə, əməliyyatın təhlükəsizliyi əməliyyatın planlılığından asılıdır. Demk olar ki, bütün göstəricilər planlı olanlara aiddirlər ki, onları əvvəlcədən diqanostikalaşdırmaq mümkündür. Bunun üçün sadəcə planlaşdırılan hamiləliyə hazırlaşmaq və mütəmadi, hamiləliyin bütün gedişatı zamanı öz həkiminin nəzarəti altında olmaq, bütün zəruri olan tədqiqatları yerinə yetirmək kənra çıxmaları zamanında aşkar etmək lazımdır.

Planlı keysəriyyə gözləyən qadınlar üçün qeydlər:

1.Antibiotiklərin tətbiq edilməsi ana südü ilə yedizdirməkdən imtina edilməsini tələb etmir.

2.Belə vəziyyətdə sinəyə erkən qoyma daha mühümdür, nəinki təbii doğuşlar zamanı – bu uşaqlığın normal qısalması və kifayət qədər südün əmələ gəlməsi üçün vacibdir.

3.Uşaqlığın üzərində tikişin olması növbəti hamiləliklər üçün əks göstəriş deyil və hətta tbii yolla doğuşa belə. Hər şey qaysağın hansı qabiliyyətdə bitişməsindən asılıdır ki, bu USM vasitəsi ilə müəyyən edilir. Qaysağın qabiliyyətli olmaması halında plastik cərrahiyyə əməliyyatı da keçirmək olar.  

4.Hamiləlik dövrləri arasında interval uzanır, keysəriyyə ilə doğuşdan sonra ideal aralıq 3 il hesab edilir.

5.Nisbi göstəricilər mamaçaların əziyyətini yüngülləşdirmək üçün fikirləşilib tapılmamışdır; onlar zamanı sübut edilmişdir ki, təbii yolla doğuşdan fərqli olaraq keysəriyyə zamanı ana və övladı üçün daha çox təhlükəsizlik mövcuddur. Yəni, əməliyyatın bütün çatışmamazllıqları nəzərə alınmışdır və yenə də buna baxmayaraq o daha çox üstünlük veriləndir.

6.Yoluxmalara qarşı zəiflik yüksəlir, məhdudiyyətlər çoxalır, əməliyyatdan sonrakı dövr ərzində bir çox şeyləri etmək olmaz. Əvvəlcədən uşağınız üçün dayə tapın – atanın növbədən kənar məzuniyyəti, nənənin müvəqqəti sizə köçməsi və ya pulla əsas dayənin tutulması.

7.Üstünlükləri də vardır! Vagina genişlənmir, dağılma və aralıqda tikişlərə ehtiyac olmur  və sonradan cinsi həyatda heç bir problem yaranmır. Eləcə də oynaqların dartınması və çanaq orqanlarının hiss edilməsi (sidik kisəsinin), babasilin güclənməsi və digər bunlarla əlaqədar problemlər  yaranmır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!