Hamiləlikdə geyim, kosmetika, aksessuar istifadəsi

Hamiləlikdə geyim, kosmetika, aksessuar istifadəsi
Hamiləlik
10.09.2017 43
Hamiləlikdə geyim



Hamiləlikdə körpənin sağlamlığı və inkişafı, birbaşa ananın sağlamlığı, sağlam həyat tərzi ilə əlaqəli olub, müsbət və ya mənfi təsir göstərə bilir. Ananın hamiləlikdən qabaq və ya hamiləlik vaxtı sağlamlığı və xəstəliyi ayrı mövzu içərisində incələnir. Ananın hamiləlik vaxtı sağlam həyat tərzi-onun qidalanmağı, qəbul etdiyi vitaminlər, dərmanlar, idmanı, sistemli yuxusu, istirahəti, həyəcandan uzaq sakit ruhu, hamiləliyə uyğun geyim tərzini əhatə edir.



Ana namizədinin geyim mövzusunda diqqət etməli olduğu nüanslar bunlardır:

Mövsümə uyğun qalınlıqda və rəngdə olan geyimləri seçin, hamilə qadınlar bədən hərarətinin birdən-birə enib qalxacağı ehtimalını nəzərə almalıdırlar. Buna görə də üstən istədiyi vaxt geyinib-çıxara biləcəyi jilet, şal kimi geyimləri özləri ilə gəzdirsinlər.



Geyimlərin parça keyfiyyəti mümkün olduqca sintetik və şifon parçalardan uzaq durmalısız. Bu cür geyimlər tərləməyə səbəb olub göbələk xəstəliyi üçün zəmin yaradır. Xüsusən pambıq tərkibli paltarlardan istifadə etməyə səy göstərsəniz hamiləlik vaxtı tez-tez rast gəlinən vaginal göbələyindən canınızı qurtarmış olarsınız.



Hamilə qadınların paltarları bol və rahat olmalıdır. Bədən ölçülərinə dar gələn, sıxan, iz buraxan geyimləri əsla geyinməməlisiniz. Ayağınızdakı corabların rezinləri elastik olub, qarın və ya ayaq nahiyəsində iz buraxmamalı, dar korsetlər, bustqalterlər və digər alt paltarlarından istifadə etməməlisiniz. Hamiləlikdə qarın içi təzyiqin artması ilə meydana gələn cift dolaşması problemi ananın səhhəti üçün təhlükəli hesab olunur.



Ayaqqabı seçərkən diqqətli olmalı, dar, sıxan, tərlədən ayaqqabılardan uzaq durmalısınız. Hündür dabanı qətiyyətlə məsləhət görmədiyimiz kimi, lap dabansız ayaqqabıların da özünəməxsus çatışmazlıqlarının olduğunu nəzərə çatdıraq. Hamiləlikdə ana qarnı böyüdükcə vücud müvazinətini qoruya bilmək üçün bel və onurğa qövsülüyü artır. Bu səbəbdəndə heç dabanı olmayan ayaqqabıdan istifadə etmək bel ağrılarını artırıb, ayaq əzələlərində ağrı və sancılara təkan verə bilər. 3-4 sm-lik dabanı olan ayaqqabı hamiləlikdə geyinə biləcəyiniz ideal ayaqqabıdır.



Hamiləlikdə kosmetika və aksesuar seçimi.

Kosmetika və aksessuardan istifadə qadınların həyatında vazkeçilməz vasitədir. Fəqət ana namizədləri körpələrinin sağlamlığı üçün hamiləlik vaxtı kosmetikadan istifadədə bəzi məhdudiyyətləri qoymalıdırlar özlərinə.

 

Saç boyatmaq- saç dərisi kapilyar damarların keçdiyi və qan dövranının olduğu əhəmiyyətli yerdir. Saç boyalarının tərkibində kimyəvi maddələr və 20-30% ammonyak olduğunu nəzərə alsaq körpənin sağlamlığını təhlükəyə atmaq ehtimalını da unutmamalıyıq. Bu maddələr ananın qan dövranına qarışaraq körpənin qanına keçə bilir.



Bitki tərkibli boyaların tək fərqi isə ammonyak faizinin 6-10 arası olmağıdır. Bundan da belə nəticəyə gəlmək olur ki, hamilə və süd verən analar vaciblik olmadığı tədqirdə saçlarını boyamasınlar.



Makyaj- yağlı makyaj vasitələri dəriyə daha çox yeridiyinə görə hamilə qadınlar ənlik-kirşandan istifadə edərkən quru kirşanlardan, uçan ətirlərdən istifadə etməlidirlər. Və o makyaj yatmazdan əvvəl mütləq silinməlidir. Hamiləlik vaxtı qalıcı makyaj və döymə(tatuaj) etdirmək qəti qadağandır.



Metal aksesuar və pirsinq- hamiləlik vaxtı vücudun immun sistemi təzyiq altında olur. Yəni, ana namizədləri hamilə vaxtı, adi vaxtlardan daha artıq həssas vücuda sahib olurlar. Buna görə də metal aksesuarlar bədənlə uzun müddət təmasda olmamalıdır. Bu vaxt içində pirsinq taxmaq isə qəti yolverilməzdir.



Bu yazının məqsədi hər kəs tərəfindən bilinən, amma nədənsə az diqqətə alınan məsələləri bir daha xatırlatmaqdır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!